12px13px15px17px
Tarix:03/10/11

“Kodak PlayFull”: germetik korpusda cib videokamerası

Maliyyə vəziyyəti heç də yaxşı olmayan “Eastman Kodak” şirkəti “PlayFull” cib videokamerasının satışına başlayıb.

Yenilik möhkəm germetik korpusda hazırlanıb: istehsalçı iddia edib ki, 1.5 metr hündürlükdən düşmə qurğu üçün təhlükəli deyil. Qurğu suyun altında 3 metr dərinlikdə 2 saat qala bilər.

“PlayFull” mini-kamerası 2 düym diaqonal ilə olan ekran, inteqrasiya edilmiş fləş yaddaş, 32 QB tutuma qədər “SD/SDHC” formatlı dəyişkən kartlar üçün slot, fiksə edilmiş fokus məsafəsi ilə olan obyektiv, “USB 2.0” portu ilə təchiz edilib. “720p” (1280×720 piksel) formatında yüksək dəqiqlikli videoyazma saniyədə 30 kadr sürətlə dəstəklənir.

Yeniliyin ölçüləri 93×55×13 millimetr, çəkisi isə 85 qram təşkil edir. Videokamera ağ və qara rəngli korpuslarda təklif edilir; qiyməti təxminən 100 dollardır.



Baxış sayı: 1096

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024