12px13px15px17px
Tarix:09/03/17

Manqan əsaslı yeni tip akkumulyatorlar yaradılıb

ABŞ mühəndisləri MnO2 (Manqan dioksidi) elementi əsasında işləyən yeni tip akkumulyatorlar hazırlayıblar. İnnovativ üsul kiçik ölçüyə malik qurğunun uzun müddət ərzində işləməsinə nail olmağa imkan verib. Yeni tip akkumulyatorlar strukturuna görə unikaldır və uzunmüddətli iş qabiliyyətinə malik olmaqla az yer tuturlar.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, qurğunun kompaktlığı çoxlu elektrodları bir akkumulyator batareyasına yerləşdirməyə imkan verən modullu arxitektura ilə əlaqədardır ki, bu da yüksək tutumlu güclü akkumulyatorlar yaratmağa şərait yaradır.

Məlumata görə, yeni akkumulyatorlar günəş və külək energetikası sahəsində canlanmaya səbəb olaraq onların rentabelliyini və aqreqatların istismar müddətini artıracaq. Manqan əsasında işləyən yeni tip akkumulyatorların qiyməti ucuzdur, enerji ilə tez doldurulur və yüksək enerji tutumuna malikdir. Böyük enerji tutumlu yeni qurğuların müsbət cəhəti kimi ekspertlər onların əsasını təşkil edən elementin geniş yayılmasını hesab edərək akkumulyatorların təhlükəsiz və zəhərsiz olmasını xüsusi qeyd edirlər ki, bu da ekologiya üçün təhlükəni aradan qaldırmağa imkan verir.

Nizam Nuriyev 




Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024