12px13px15px17px
Tarix:17/03/17

“Windows 10” əməliyyat sisteminin bazar payında azalma qeydə alınıb

Dünyada 40 mindən çox veb sayta daxil olan 160 milyon unikal istifadəçinin məlumatları əsasında statistika tərtib edən “NetMarketShare” xidmətinin məlumatına görə, qlobal əməliyyat sistemləri bazarında fərdi kompüterlər üçün “Windows 10” platformasının bazar payının həcmində artım dayanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” xidmətinin 2017-ci ilin fevralına olan məlumatına görə, “Windows 10” sistemi ötən aydakı 25.3%-lə müqayisədə 25,19% masaüstü və noutbukda quraşdırılıb. “Windows 7” hələ də fərdi kompüterlər üçün ən populyar proqram platforması olaraq qalır, bu sistemin bazar payı bir ayda 47,2-dən 48,41%-dək artıb. 8,45% göstəriciyə malik “Windows XP” ilk üçlükdə qərarlaşıb. Ötən ayla müqayisədə bu əməliyyat sisteminin bazar payı 0,72% azalıb. “Windows 8.1” platformasının bazar payı 6,87%-dək azalıb.

“Windows 7” və “8” platformaları ilə işləyən kompüter sahibləri üçün “Windows 10” sisteminin pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq yeni sistemin mövqeyi sürətlə möhkəmlənib. İndi “Home Edition” versiyasının qiyməti 119 dollar, “Pro” modifikasiyanın qiyməti isə 200 dollar təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 73

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2017

27 05 2017

27/05/17
“Android” sisteminin yaradıcısı ilk smartfonunun təqdimetmə tarixini açıqlayıb

Ötən il məlum olub ki, “Android” mobil əməliyyat sisteminin yaradıcılarından biri 

27/05/17
Yeni tip akkumulyatorların tutumu üç dəfə artırılıb

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları mövcud litium-ion batareyalarla

27/05/17
Süni intellekt şagirdlərin diqqətini izləyəcək (VİDEO)

Paris Biznes Məktəbində distansiyalı məşğələlər zamanı şagirdlərin diqqətini izləmək

27/05/17
“Alibaba” alış-veriş üçün ödənişi biometrik məlumatlarla qəbul edəcək

Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng