12px13px15px17px
Tarix:05/04/17

Yeni mikroçip ən miniatür qurğularda danışığın tanınması funksiyasından istifadəyə imkan verəcək

Bu gün mobil telefonlarda danışığın tanınması funksiyasına malik səs assistentindən istifadə adi haldır. Ancaq çox az adam bilir ki, bu funksiya istifadə zamanı 1 Vatt enerji istifadə etməklə yanaşı, qurğunun prosessorunu kifayət qədər çox gücə salır. Belə yüksək enerji sərfiyyatı sözügedən funksiyanın kiçikölçülü qurğularda tətbiqinə imkan vermir, amma Massaçusets Texnologiya İnstitutunun alim və mühəndisləri tərəfindən hazırlanmış yeni çip sayəsində bu vəziyyət dəyişə bilər. Alimlərin yeni həlli danışığın sürətindən asılı olaraq 0.2-10 millivatt enerji sərf edir ki, bu da indiki göstəricidən 100 dəfə daha azdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni tip çip səsli idarəetmədən istifadə zamanı akkumulyatorun şarjının 90%-dək qənaət etməsinə imkan verəcək. Bu, "ağıllı" saat və başqa daşınan elektronikadan istifadə zamanı mükəmməl həldir.

Emil Hüseynov




Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024