Tarix:12/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, dünyada yüzlərlə tədqiqat qrupu qrafenin tətbiqi üçün yeni sahələr kəşf edir. Cənubi Koreya mütəxəssisləri isə qrafen vasitəsilə mövcud “OLED” texnologiyasını təkmilləşdirmək qərarına gələrək indium oksid və qalay (ITO) elementli elektrodları qrafen əsasında yaradılmış analoqları ilə əvəz ediblər.
Yeniliyin mahiyyəti “ITO”-nun incə olmasında, qrafenin isə güclə istənilən kimi əyilərək zədələnməməsindədir. Texnologiyanın 370 x 470 millimetr ölçüsündə (hazırda bu texnologiya ilə yaradılmış ən böyük displey) eksperimental displey üzərində sınağı keçirilib. Bu halda qrafen elektrodlarının qalınlığı 5 nanometr təşkil edib. Cənubi Koreya tədqiqatçıları, həmçinin “OLED” displeylərdə şəffaf qrafen elektrodların xüsusi quraşdırılma texnologiyasını hazırlayıblar.
Məlumata görə, alim Ço Nam Sunun rəhbərliyi ilə tədqiqat qrupu bu sahədə tədqiqatlara dörd il əvvəl başlayıb. 2015-ci ildə qəpik ölçüsündə ən kiçik qrafen “OLED” displey yaradılıb, 2016-cı ildə isə onun ölçüsü on dəfə artırılıb. O vaxtdan texnologiyanın çox inkişaf etməsinə baxmayaraq tədqiqatçılar nail olduqları ilə kifayətlənməyərək növbəti ildə şəffaf plastik “OLED” elektrodlar, eləcə də məişətdə istifadəyə uyğun ilk tam bükülən displeylər ərsəyə gətirmək niyyətindədirlər.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Qrafen əsaslı “OLED” ekranlar yaradılıb
Cənubi Koreyanın elektronika və telekommunikasiya sahəsində tədqiqat institutunun mütəxəssisləri “OLED” ekranlar üçün qrafen materialından şəffaf elektrodlar yaradaraq displey istehsalçıları üçün ciddi irəliləyişə nail olublar.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, dünyada yüzlərlə tədqiqat qrupu qrafenin tətbiqi üçün yeni sahələr kəşf edir. Cənubi Koreya mütəxəssisləri isə qrafen vasitəsilə mövcud “OLED” texnologiyasını təkmilləşdirmək qərarına gələrək indium oksid və qalay (ITO) elementli elektrodları qrafen əsasında yaradılmış analoqları ilə əvəz ediblər.
Yeniliyin mahiyyəti “ITO”-nun incə olmasında, qrafenin isə güclə istənilən kimi əyilərək zədələnməməsindədir. Texnologiyanın 370 x 470 millimetr ölçüsündə (hazırda bu texnologiya ilə yaradılmış ən böyük displey) eksperimental displey üzərində sınağı keçirilib. Bu halda qrafen elektrodlarının qalınlığı 5 nanometr təşkil edib. Cənubi Koreya tədqiqatçıları, həmçinin “OLED” displeylərdə şəffaf qrafen elektrodların xüsusi quraşdırılma texnologiyasını hazırlayıblar.
Məlumata görə, alim Ço Nam Sunun rəhbərliyi ilə tədqiqat qrupu bu sahədə tədqiqatlara dörd il əvvəl başlayıb. 2015-ci ildə qəpik ölçüsündə ən kiçik qrafen “OLED” displey yaradılıb, 2016-cı ildə isə onun ölçüsü on dəfə artırılıb. O vaxtdan texnologiyanın çox inkişaf etməsinə baxmayaraq tədqiqatçılar nail olduqları ilə kifayətlənməyərək növbəti ildə şəffaf plastik “OLED” elektrodlar, eləcə də məişətdə istifadəyə uyğun ilk tam bükülən displeylər ərsəyə gətirmək niyyətindədirlər.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Baxış sayı: 520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib