12px13px15px17px
Tarix:19/04/17

Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar

Yapon alimləri düşüncəni oxumaq qabiliyyətinə malik qurğu yaradıblar. Alimlərin sözlərinə görə, qurğu elektroensefaloqram əsasında işləyir və yapon dilində rəqəm və ayrı-ayrı sözləri tapa bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “mv.org.ua” saytına istinadən yazır ki, hazırda cihazın sınaq nəticələri ürəkaçan olmasa da,  alimlər onun təkmilləşdirilməsi üzərində işləri davam etdirəcək.

Mütəxəssislərin iddiasına görə, qurğu gələcəkdə xəstəlik nəticəsində danışıq qabiliyyətini itirmiş insanlara kömək edəcək.

Cihaz yaxın 5 ildə satışa çıxarılacaq. Smartfonun köməyi ilə sözügedən cihazı idarə etmək mümkün olacaq.

Emil Hüseynov




Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024