Tarix:21/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, əvvəlki tədqiqatlardan məlum olub ki, ABŞ-da içməli suda az sayda adenovirus və noroviruslar aşkarlanıb. Alimlərin sözlərinə görə, şəhər axar sularının patogen viruslardan tam təmizlənməməsi insanların sağlamlığı üçün ciddi problemlər törədir.
Məlumata görə, noroviruslar insanlarda viruslu qastroenterit əmələ gətirən birinci səbəbdir. Viruslar yoluxmuş su ilə insana asanlıqla keçərək diarreya və qusmaya səbəb olur. İnsan adenovirusları geniş spektr xəstəliklərə, o cümlədən kəskin respirator virus infeksiyaları (KRVİ), pnevmoniya, konyunktivit, sistit, eləcə də sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.
Alimlər işlərində təmizləmə filtrləri üçün xüsusi gel örtük hazırlayıblar. Yeni svitterion polimer hidrogel virusları qovaraq onlara filtrin içindən keçməyə imkan vermir. Svitterion polimerin tərkibində həm müsbət, həm də mənfi maddələrin olması deməkdir. Hidrogel suyun MS2 bakteriofaqı və HAdV-2 adenovirusundan təmizlənməsi zamanı səmərəlilik nümayiş etdirib.
Nizam Nuriyev
İçməli suyu təhlükəli viruslardan təmizləyən filtr hazırlanıb
İsrailin Ben-Qurion və ABŞ-ın İllinoys universitetlərinin tədqiqatçıları şəhər axar sularını insan üçün təhlükəli viruslardan təmizləyə bilən polimer membranı sintezləşdirməyə nail olublar.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, əvvəlki tədqiqatlardan məlum olub ki, ABŞ-da içməli suda az sayda adenovirus və noroviruslar aşkarlanıb. Alimlərin sözlərinə görə, şəhər axar sularının patogen viruslardan tam təmizlənməməsi insanların sağlamlığı üçün ciddi problemlər törədir.
Məlumata görə, noroviruslar insanlarda viruslu qastroenterit əmələ gətirən birinci səbəbdir. Viruslar yoluxmuş su ilə insana asanlıqla keçərək diarreya və qusmaya səbəb olur. İnsan adenovirusları geniş spektr xəstəliklərə, o cümlədən kəskin respirator virus infeksiyaları (KRVİ), pnevmoniya, konyunktivit, sistit, eləcə də sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.
Alimlər işlərində təmizləmə filtrləri üçün xüsusi gel örtük hazırlayıblar. Yeni svitterion polimer hidrogel virusları qovaraq onlara filtrin içindən keçməyə imkan vermir. Svitterion polimerin tərkibində həm müsbət, həm də mənfi maddələrin olması deməkdir. Hidrogel suyun MS2 bakteriofaqı və HAdV-2 adenovirusundan təmizlənməsi zamanı səmərəlilik nümayiş etdirib.
Nizam Nuriyev
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib