12px13px15px17px
Tarix:27/04/17

“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək

 “Samsung” şirkəti Los-Ancelesdə keçirilən “VRLA Expo 2017” sərgisində “FaceSense” adlı virtual reallıq interfeysinin prototipini nümayiş etdirib. Texnologiya konsepsiyasının mahiyyəti virtual səyahətləri əldən istifadə etmədən adi səsli komandaların tanınması və biometrik siqnallar vasitəsilə həyata keçirməyə imkan verən yeni virtual reallıq naviqasiyası yanaşmasından ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istifadəçi danışan zaman elektrik siqnallarının generasiyası - üz ifadəsinin və ya baxışın istiqamətinin dəyişməsi baş verir. “FaceSense” həmin biometrik impulsları ötürücülər vasitəsilə tanıyaraq onlardan daha sadə naviqasiya üçün istifadə edə bilir. Sərgi çərçivəsində təqdim olunan prototip məxsusi olaraq “Samsung Gear VR” qarnituru üçün hazırlanıb.

Məlumata görə, istifadəçinin üz əzələlərinin və göz hərəkətlərinin dəyişikliklərini qeydə alan “FaceSense” texnologiyası “ləğv et”, “seç”, “geriyə” kimi ayrı-ayrı sözləri və səsli komandaları başa düşür.  

Texnologiyanın istifadəçilərə, o cümlədən adi qarniturlar vasitəsilə virtual reallıq mühiti ilə ünsiyyət zamanı çətinliklərlə üzləşən insanlara virtual reallıqla tanış olmağa kömək edəcək yeni biometrik həllərin hazırlanmasına təkan verəcəyi gözlənilir.  

Nizam Nuriyev 




Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024