12px13px15px17px
Tarix:02/05/17

“S-NET” sistemi daşqının başlanmasını müəyyənləşdirəcək

Bu yaxınlarda Yaponiyada quraşdırılan yaxınlaşan sunami haqqında xəbərdarlıq sistemi 2011-ci ildə Tohoku regionunda sonradan daşqınla nəticələnən miqyaslı zəlzələ zamanı itkilərin sayını azalda bilərdi. Məhz iyirmi iki min insanın həyatına son qoyan təbii fəlakət Hokkaydo Universitetinin tədqiqatçısı Yuitiro Taniokanı mümkün sunami haqqında yeni xəbərdarlıq texnologiyasını hazırlamağa sövq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, tədqiqatçı ideyasını Avropa İttifaqının bir müddət əvvəl keçirilən Yer və Venera elmlərinə həsr edilən illik konfransı zamanı təqdim edib. O bildirib ki, sistem internet şəbəkəsi ilə işləyir: dənizin dibində internet kabelinə qoşulan seysmik və təzyiq ötürücüləri quraşdırılır. Fəlakət başlayan halda siqnal 7 dəqiqəyə səslənir. 2011-ci ildə bunun üçün 30 dəqiqə lazım olub.

“Biz əlavə 23 dəqiqə qazana bilərdik”, - Y.Tanioka vurğulayıb.

Tədqiqatçının sözlərinə görə, 23 dəqiqə ərzində minlərlə insanın həyatını xilas etmək olardı: insanlar sunami Tohoku regionuna çatanadək sığınacaqlarda gizlənə bilərdilər.

Məlumata görə, “S-NET” sistemi artıq Yaponiyanın cənub-şərq sahilində fəaliyyət göstərir. Sunaminin vaxtını və gücünü, eləcə də mümkün daşqını dərhal müəyyənləşdirməyə imkan verən alqoritmi hazırlamaq üçün Y.Tanioka suyun təzyiq göstəricilərini və ötürücülərdən alınan seysmik məlumatları, əvvəlki böyük zəlzələlər haqqında informasiyanı və dəniz dibinin peyklər tərəfindən aşkarlanan deformasiyaya uğramış parametrlərini birləşdirib.

Tədqiqatçı alqoritmin bir neçə dəqiqə ərzində sunamidən sonra müşahidə edilən daşqının necə baş verəcəyini əvvəlcədən dəqiqliklə müəyyənləşdirməsini nümayiş etdirib. Sonra o, test məlumatlarından istifadə edərək 2011-ci ildə zəlzələ və sunaminin yaranma şəraitini düzəldib. “S-NET” yenidən faktiki daşqının miqyasını və yerini əvvəlcədən dəqiqliklə müəyyənləşdirməyə nail olub.

Nizam Nuriyev 




Baxış sayı: 1143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024