Tarix:05/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yeni dinamikin iş prinsipi qrafen temperaturunun səsin əmələ gəlməsinə səbəb olan dəyişməsinə əsaslanır. Əvvəllər qrafen dinamiklərin yaradılmasında tətbiq edilib, həmçinin keçmişdə ondan diffuzorların hazırlanması nəticəsində qurğuların işinin effektivliyini artırmaq mümkün olub. Yeni dinamikdə isə bütün hərəkət edən hissələr ləğv edilib ki, bu da onun ölçüsünü dəfələrlə azaltmağa və səmərəliliyini artırmağa imkan verib. Dinamik baş barmaq dırnağı ölçüsündə mikroprosessor formfaktorunda yaradılıb. Prosessorun korpusu daxilində dinamiklə yanaşı, gücləndirici və qrafik ekvalayzer quraşdırılıb.
Termoakustik iş prinsipi temperaturu səsə və ya əksinə, səs dəyişmələrini istiliyə çevirməyə imkan verir. Bu effekt ilk dəfə XIX əsrin sonunda alim Lord Reley tərəfindən təsvir edilib.
Gözəl keçiricilik qabiliyyətinə malik qrafendən elektrik impulsları keçirərkən onu tez isitmək və soyutmaq olur. Qrafen membranının genişlənməsi və yığılması ətraf havaya təsir göstərir və nəticədə səs dalğaları yaranır. İsitmə və soyutma silsilələri eyni anda çoxsaylı səs tezliyi yaratmağa imkan verir. Nəticədə alimlər hətta ultrasəs əldə etməyə nail olublar.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Prinsipcə yeni tip qrafen dinamik yaradılıb
Böyük Britaniyanın Ekseter Universitetinin alimləri qrafen materialından mexaniki vibrasiyasız, prinsipcə, yeni tip dinamik icad ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yeni dinamikin iş prinsipi qrafen temperaturunun səsin əmələ gəlməsinə səbəb olan dəyişməsinə əsaslanır. Əvvəllər qrafen dinamiklərin yaradılmasında tətbiq edilib, həmçinin keçmişdə ondan diffuzorların hazırlanması nəticəsində qurğuların işinin effektivliyini artırmaq mümkün olub. Yeni dinamikdə isə bütün hərəkət edən hissələr ləğv edilib ki, bu da onun ölçüsünü dəfələrlə azaltmağa və səmərəliliyini artırmağa imkan verib. Dinamik baş barmaq dırnağı ölçüsündə mikroprosessor formfaktorunda yaradılıb. Prosessorun korpusu daxilində dinamiklə yanaşı, gücləndirici və qrafik ekvalayzer quraşdırılıb.
Termoakustik iş prinsipi temperaturu səsə və ya əksinə, səs dəyişmələrini istiliyə çevirməyə imkan verir. Bu effekt ilk dəfə XIX əsrin sonunda alim Lord Reley tərəfindən təsvir edilib.
Gözəl keçiricilik qabiliyyətinə malik qrafendən elektrik impulsları keçirərkən onu tez isitmək və soyutmaq olur. Qrafen membranının genişlənməsi və yığılması ətraf havaya təsir göstərir və nəticədə səs dalğaları yaranır. İsitmə və soyutma silsilələri eyni anda çoxsaylı səs tezliyi yaratmağa imkan verir. Nəticədə alimlər hətta ultrasəs əldə etməyə nail olublar.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Baxış sayı: 534
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib