12px13px15px17px
Tarix:10/05/17

İlk “4G” kiçik mobil rabitə baza stansiyası buraxılıb

ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir.

Məlumata görə, “Sprint Magic Box” adlanan modelin qabariti ayaqqabı qutusu ölçüsündədir və ev və ya bina daxilində istifadə üçün nəzərdə tutulub. Əlavə funksiyaların quraşdırılmasını tələb etməyən yeni qurğunu pəncərəyə yaxın yerləşdirmək və elektrik şəbəkəsinə qoşmaq lazımdır. İki dəqiqədən sonra “Magic Box” yaxın “Sprint LTE Plus” baza stansiyasına avtomatik qoşularaq keyfiyyətli “4G LTE” siqnalını paylamağa başlayacaq.

Qurğu 2800 kvadratmetrədək ümumi ərazidə qoşulmanı təmin edir.

Nizam Nuriyev 




Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024