Tarix:25/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “O-R3” yoldakı vəziyyəti dinamik şəkildə qiymətləndirməyə və maneələrdən yan keçməyə imkan verən kompüter təlimi alqoritmləri əsasında işləyir. Bununla yanaşı, sistem, məsələn, nəzarətsiz qalmış çantalar kimi obyektləri müəyyənləşdirə bilir. Sistemə, həmçinin insanların və ya nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə olmasının identifikasiyası üçün nəzərdə tutulan insan sifətlərinin və nömrə nişanlarının tanınması texnologiyası daxildir.
Məlumata görə, müşahidə avtomobili pilotsuz uçan aparatı platformadan nəqliyyat vasitəsinin arxa hissəsindən irəliyə çıxmaq tələb olunanda işə salınır. Havada pilotsuz aparat şübhəli şəxslərin izlənilməsini avtomobildən 100 metrədək məsafədə həyata keçirir.
Xidmət göstərən işçi heyətinə tələbatı azaltmaq üçün yaradılan sistem bütün günü və istirahət günləri olmadan işləyir. Qeyri-adi hadisələr haqqında məlumatlar idarəetmə mərkəzinə göndərilir və orada qrup tərəfindən emal olunur, eləcə də lazım gəldikdə “O-R3” avtomobilinin idarəetməsi həyata keçirilir. Avtomobil, həmçinin akkumulyatorun enerjisi bitən zaman enerjidoldurma stansiyasına müstəqil şəkildə qayıtmaq imkanına malikdir.
“O-R3” bir sıra sadə problemləri aradan qaldıra bilsə də, şirkət bunun tam avtomatik sistem olmadığını qeyd edir. Vəziyyətin izlənilməsi və maşının qeydə aldığı xəbərdarlıqların qiymətləndirilməsi üçün təcrübəli işçi heyətinə tələbat olaraq qalır.
“Otsaw Digital” şirkəti “O-R3” avtomobilinin Sinqapurda keçirilən “CommunicAsia17” konfransında nümayişini planlaşdırır.
Nizam Nuriyev
Dronla təchiz edilən ilk avtonom mühafizə avtomobili təqdim olunub
Müşahidə xarakterli pilotsuz uçan aparatların və avtonom avtomobillərin yenilik olmamasına baxmayaraq Sinqapurun “Otsaw Digital” şirkəti onları bir texnologiyada birləşdirməyə nail olub. “O-R3” özündə həm yerüstü pilotsuz uçan aparat nəqliyyat vasitəsini, həm də avtonom dronu birləşdirən dünyanın ilk avtonom yerüstü hava mühafizə avtomobilidir.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “O-R3” yoldakı vəziyyəti dinamik şəkildə qiymətləndirməyə və maneələrdən yan keçməyə imkan verən kompüter təlimi alqoritmləri əsasında işləyir. Bununla yanaşı, sistem, məsələn, nəzarətsiz qalmış çantalar kimi obyektləri müəyyənləşdirə bilir. Sistemə, həmçinin insanların və ya nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə olmasının identifikasiyası üçün nəzərdə tutulan insan sifətlərinin və nömrə nişanlarının tanınması texnologiyası daxildir.
Məlumata görə, müşahidə avtomobili pilotsuz uçan aparatı platformadan nəqliyyat vasitəsinin arxa hissəsindən irəliyə çıxmaq tələb olunanda işə salınır. Havada pilotsuz aparat şübhəli şəxslərin izlənilməsini avtomobildən 100 metrədək məsafədə həyata keçirir.
Xidmət göstərən işçi heyətinə tələbatı azaltmaq üçün yaradılan sistem bütün günü və istirahət günləri olmadan işləyir. Qeyri-adi hadisələr haqqında məlumatlar idarəetmə mərkəzinə göndərilir və orada qrup tərəfindən emal olunur, eləcə də lazım gəldikdə “O-R3” avtomobilinin idarəetməsi həyata keçirilir. Avtomobil, həmçinin akkumulyatorun enerjisi bitən zaman enerjidoldurma stansiyasına müstəqil şəkildə qayıtmaq imkanına malikdir.
“O-R3” bir sıra sadə problemləri aradan qaldıra bilsə də, şirkət bunun tam avtomatik sistem olmadığını qeyd edir. Vəziyyətin izlənilməsi və maşının qeydə aldığı xəbərdarlıqların qiymətləndirilməsi üçün təcrübəli işçi heyətinə tələbat olaraq qalır.
“Otsaw Digital” şirkəti “O-R3” avtomobilinin Sinqapurda keçirilən “CommunicAsia17” konfransında nümayişini planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 542
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib