12px13px15px17px
Tarix:09/06/17

Kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə diaqnoz qoyur

Apnoe xəstəliyinə (tənəffüs hərəkətlərinin dayanması) diaqnoz qoymaq üçün insanlar yuxu laboratoriyasına (polisomnoqrafiya) göndərilir. Pasiyentlər tədqiqat çərçivəsində başa bərkidilmiş çoxsaylı elektrodların nəzarəti altında gecəni tibbi müəssisədə keçirməli olurlar. Bundan başqa, mövcud olan diaqnostik qurğular evdə də istifadə oluna bilər, ancaq belə qurğular kifayət qədər böyük yer tutur. İndi “Somnarus” startapı tərəfindən təqdim edilmiş “SomnaPatch” adlı kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə yüksək dəqiqliklə diaqnoz qoya bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Kaliforniya startapı tərəfindən yaradılmış 30 qram ağırlığında cihaz birdəfəlik yapışqan plastırdan ibarətdir, alın nahiyəsinə bərkidilir və taxma vasitəsilə buruna birləşdirilir. Pasiyent yatdıqda cihaza qurulmuş datçiklər qanın oksigenlə doyma dərəcəsini, ürək ritmini, yuxunun müddətini və bədənin vəziyyətində dəyişiklikləri qeydə alır.

“Somnarus” startapı ötən il qurğunu ABŞ-ın 3 yuxu klinikasında sınaqdan keçirib. Tədqiqatda iştirak etmiş 174 pasiyentin 50%-i standart polisomnoqrafiya edib, digərləri isə “SomnaPatch” cihazından istifadə ediblər. Məlum olub ki, yeni cihazın dəqiqliyi 87,4% təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024