Tarix:03/07/17
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, alimlərin hissəcikləri hərəkətə gətirməyə və ya onları fırlanmağa məcbur etməyə çalışdıqları tədqiqatların əksər hissəsi lazer şüaları və xüsusi avadanlıq tələb edir ki, bu da onların tətbiqetmə imkanlarını xeyli məhdudlaşdırır.
Massaçusets Texnoloji İnstitutunun tədqiqatçısı Ognen İlikin sözlərinə görə, bizim yanaşma adi işıqla bütün bu maraqlı mexaniki effektlərə nail olmağın mümkünlüyündən ibarətdir.
Məlumata görə, qrup fəaliyyətə 1 mikrometr ölçüdə Yanus hissəcikləri adlandırılan asimmetrik hissəciklərin modelləşdirilməsi ilə başlayıb. Onları silisium oksidindən hazırlamaq və bir tərəfdən nazik qızıl təbəqə ilə örtmək nəzərdə tutulub. Hissəciyin üzərinə işıq düşən zaman səthin örtülməsində fərq onu çevrilməyə məcbur edir. Bu halda ən əsası isə bütün hissəciklərin eyni şəkildə dönməsidir.
Tədqiqat müəllifləri ümid edir ki, təklif edilən texnologiyanı insan bədənində hissəciklərin vəziyyətinin dəyişdirilməsi üçün tətbiq etmək mümkün olacaq ki, bu da yeni terapiya üsulları üçün əsas rol oynaya bilər.
Nizam Nuriyev
İşıqla işə salınan nanomotorlar yaradılıb
ABŞ, İsrail və Xorvatiya mühəndisləri digər konstruksiyalarda olduğu kimi, xüsusi işıq mənbəyi ilə deyil, adi işıq vasitəsilə işə salınan sistem hazırlayıblar."ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, alimlərin hissəcikləri hərəkətə gətirməyə və ya onları fırlanmağa məcbur etməyə çalışdıqları tədqiqatların əksər hissəsi lazer şüaları və xüsusi avadanlıq tələb edir ki, bu da onların tətbiqetmə imkanlarını xeyli məhdudlaşdırır.
Massaçusets Texnoloji İnstitutunun tədqiqatçısı Ognen İlikin sözlərinə görə, bizim yanaşma adi işıqla bütün bu maraqlı mexaniki effektlərə nail olmağın mümkünlüyündən ibarətdir.
Məlumata görə, qrup fəaliyyətə 1 mikrometr ölçüdə Yanus hissəcikləri adlandırılan asimmetrik hissəciklərin modelləşdirilməsi ilə başlayıb. Onları silisium oksidindən hazırlamaq və bir tərəfdən nazik qızıl təbəqə ilə örtmək nəzərdə tutulub. Hissəciyin üzərinə işıq düşən zaman səthin örtülməsində fərq onu çevrilməyə məcbur edir. Bu halda ən əsası isə bütün hissəciklərin eyni şəkildə dönməsidir.
Tədqiqat müəllifləri ümid edir ki, təklif edilən texnologiyanı insan bədənində hissəciklərin vəziyyətinin dəyişdirilməsi üçün tətbiq etmək mümkün olacaq ki, bu da yeni terapiya üsulları üçün əsas rol oynaya bilər.
Nizam Nuriyev
Baxış sayı: 517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib