12px13px15px17px
Tarix:10/10/11

“Pandigital” şirkəti “SuperNova” planşetini 8 düymlü diaqonal ekranla təchiz edir

“Pandigital” şirkəti oktyabr ayının ortalarında “Android 2.3” proqram platformasında olan “SuperNova” planşet kompyuterinin satışlarına başlayacaq.

Qurğuda 1,06 QHz takt tezliyində işləyən “Samsung S5PV210 Cortex” prosessoru tətbiq edilib. Qurğu 512 MB əməli yaddaş və 4 QB tutumlu fləş daşıyıcı (MicroSD kartları hesabına 32 QB tutuma qədər genişlənir) ilə təchiz edilib. Ekranın ölçüsü 8 düymdür; kəskinliyi 800×600 nöqtədir.

Ekran tutumlu texnologiya üzrə hazırlanıb; sensor interfeys dəstəklənir. Yeniliyin arsenalında ön və arxa kamera (kəskinlik dəqiqləşdirilmir), “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” simsiz əlaqə adapterləri, “MicroHDMİ” və “Mini USB 2.0” portları, qulaqlıqlar da var.

Planşetin ölçüləri 153×210×11 millimetr, çəkisi 470 qram təşkil edir. Akkumulyatorun avtonom müddəti 6 saata çatır. “SuperNova” planşet kompyuterini 230 dollara əldə etmək olar.



Baxış sayı: 1542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024