Tarix:07/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həllini tapıblar. Onlar tərəfindən yaradılmış çipin prototipi özündə prosessor, yaddaş, həmçinin əlavə sensorları birləşdirir.
Silisium materialından hazırlanan müasir çiplərdən fərqli olaraq, prosessor və yaddaşı özündə birləşdirən prototip karbon (qrafen) nanoborularından yaradılıb və üzərinə rezistiv yaddaş (RRAM) qatı çəkilib.
Alimlərin sözlərinə görə, yaradılmış yeni çip ən mürəkkəb nano elektron sistemə malikdir. Bundan başqa, üçölçülü kompüter arxitekturası reallaşdırılıb. Məhz karbondan istifadə nəticəsində bu irəliləyiş əldə edilib, çünki silisium çiplərin istehsalı zamanı yüksək temperatur tələb olunur ki, bu da “RRAM”-ın həssas xanalarına zərər vura bilər.
Emil Hüseynov
Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar
Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həllini tapıblar. Onlar tərəfindən yaradılmış çipin prototipi özündə prosessor, yaddaş, həmçinin əlavə sensorları birləşdirir.
Silisium materialından hazırlanan müasir çiplərdən fərqli olaraq, prosessor və yaddaşı özündə birləşdirən prototip karbon (qrafen) nanoborularından yaradılıb və üzərinə rezistiv yaddaş (RRAM) qatı çəkilib.
Alimlərin sözlərinə görə, yaradılmış yeni çip ən mürəkkəb nano elektron sistemə malikdir. Bundan başqa, üçölçülü kompüter arxitekturası reallaşdırılıb. Məhz karbondan istifadə nəticəsində bu irəliləyiş əldə edilib, çünki silisium çiplərin istehsalı zamanı yüksək temperatur tələb olunur ki, bu da “RRAM”-ın həssas xanalarına zərər vura bilər.
Emil Hüseynov
Baxış sayı: 531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib