Tarix:11/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiya prosessoru proqram üçün hansı variantın (bir böyük “cache” və ya bir neçə “cache” səviyyəsi) daha sürətli olacağı barədə məlumatlandıracaq. Alimlər bildirib ki, “Jenga” ilə 36 nüvəli prosessor 30 faiz daha sürətli işləyir 85 faiz az enerji sərf edir. Bundan sonra nüvələrin sayının çox olması enerji sərfiyyatına az təsir göstərəcək. Bu, xüsusilə hər vaxtın əhəmiyyət daşıdığı smartfonlar üçün faydalıdır.
Bildirilir ki, texnologiyanın müasir prosessorlarda tətbiqi üçün uzun müddət tələb olunduğundan “Jenga” hazırda nəzəri baxımdan işləyir. Bundan əlavə, sistemin məhsuldarlığı nüvələrin sayına görə artır, bu səbəbdən mobil çiplərdə artım az nəzərə çarpacaq.
Nizam Nuriyev
Prosessorların işi 30 faiz sürətlənəcək
Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə).“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiya prosessoru proqram üçün hansı variantın (bir böyük “cache” və ya bir neçə “cache” səviyyəsi) daha sürətli olacağı barədə məlumatlandıracaq. Alimlər bildirib ki, “Jenga” ilə 36 nüvəli prosessor 30 faiz daha sürətli işləyir 85 faiz az enerji sərf edir. Bundan sonra nüvələrin sayının çox olması enerji sərfiyyatına az təsir göstərəcək. Bu, xüsusilə hər vaxtın əhəmiyyət daşıdığı smartfonlar üçün faydalıdır.
Bildirilir ki, texnologiyanın müasir prosessorlarda tətbiqi üçün uzun müddət tələb olunduğundan “Jenga” hazırda nəzəri baxımdan işləyir. Bundan əlavə, sistemin məhsuldarlığı nüvələrin sayına görə artır, bu səbəbdən mobil çiplərdə artım az nəzərə çarpacaq.
Nizam Nuriyev
Baxış sayı: 517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib