Tarix:01/08/17
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, “Neural Compute Stick” qurğusu istənilən neyron şəbəkələrinin işlənməsi üçün proqramlaşdırıla bilər. Bundan başqa, o, kompüter və ya smartfonda mərkəzi prosessorun gücünü artıran sürətləndirici kimi istifadə edilə bilər. “Intel” şirkətinin rəsmiləri hesab edirlər ki, “Neural Compute Stick” neyron şəbəkələri və süni intellekt texnologiyalarını adi istifadəçilər üçün daha əlçatan edəcək. Qurğunun əsas komponenti “Myriad 2 VPU” vizual emal moduludur. “Movidius” şirkətinin baş direktorunun sözlərinə görə:
"Neural Compute Stick qurğusu daxilində yerləşən “Myriad 2 VPU” modulu son dərəcə yüksək effektivlik təmin edir. Məhsuldarlıq 1 vatt enerji sərfiyyatı üzrə 100 qiqaflopsa bərabərdir. Bu, mobil telefon və planşetlərə real vaxt rejimində neyron şəbəkələri ilə işləməyə imkan verəcək. Nəticədə süni intellekt və neyron şəbəkələri bulud xidmətləri və böyük hesablama stansiyalarından asılı olmayacaq".
“Movidius” şirkəti “Neural Compute Stick” qurğusunu 79 ABŞ dollarına təklif edir.
Emil Hüseynov
“Intel” fləş kart ölçüsündə neyron şəbəkəsi təqdim edib
Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləş kart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir.“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, “Neural Compute Stick” qurğusu istənilən neyron şəbəkələrinin işlənməsi üçün proqramlaşdırıla bilər. Bundan başqa, o, kompüter və ya smartfonda mərkəzi prosessorun gücünü artıran sürətləndirici kimi istifadə edilə bilər. “Intel” şirkətinin rəsmiləri hesab edirlər ki, “Neural Compute Stick” neyron şəbəkələri və süni intellekt texnologiyalarını adi istifadəçilər üçün daha əlçatan edəcək. Qurğunun əsas komponenti “Myriad 2 VPU” vizual emal moduludur. “Movidius” şirkətinin baş direktorunun sözlərinə görə:
"Neural Compute Stick qurğusu daxilində yerləşən “Myriad 2 VPU” modulu son dərəcə yüksək effektivlik təmin edir. Məhsuldarlıq 1 vatt enerji sərfiyyatı üzrə 100 qiqaflopsa bərabərdir. Bu, mobil telefon və planşetlərə real vaxt rejimində neyron şəbəkələri ilə işləməyə imkan verəcək. Nəticədə süni intellekt və neyron şəbəkələri bulud xidmətləri və böyük hesablama stansiyalarından asılı olmayacaq".
“Movidius” şirkəti “Neural Compute Stick” qurğusunu 79 ABŞ dollarına təklif edir.
Emil Hüseynov
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib