Tarix:01/08/17
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qrafen elektrodlar, indium-qalay oksidi və alüminium vasitəsilə yaradılan bir sıra eksperimental günəş batareyaları bazarda mövcud fotoelementlərlə müqayisədə yüksək məhsuldarlıq və enerji hasilatı nümayiş etdiriblər.
Məlumata görə, texnologiyanın analoqlardan başlıca fərqi konstruksiyanın elastik olmasındadır. Belə ki, günəş panellərini istənilən formaya malik, düz olmayan səthdə quraşdıraraq elektrik enerjisinin istehsalında itkilərə yol verməmək mümkündür.
Yeni texnologiyanın fotoelementli müasir panellərdən 20 dəfə səmərəli olacağı bildirilir.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Qrafen günəş batareyaları yaradılıb
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Tsin Konq və Yi Sonq günəş panelləri üçün qrafendən ibarət yeni elastik element hazırlayıblar. Qrafenin sərbəst köçürülməsi texnikası T.Konq tərəfindən 2008-ci ildə kəşf edilən üsula əsaslanır. Bu halda qrafen əsaslı fotoelement mis folqasında ərsəyə gətirilir."ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qrafen elektrodlar, indium-qalay oksidi və alüminium vasitəsilə yaradılan bir sıra eksperimental günəş batareyaları bazarda mövcud fotoelementlərlə müqayisədə yüksək məhsuldarlıq və enerji hasilatı nümayiş etdiriblər.
Məlumata görə, texnologiyanın analoqlardan başlıca fərqi konstruksiyanın elastik olmasındadır. Belə ki, günəş panellərini istənilən formaya malik, düz olmayan səthdə quraşdıraraq elektrik enerjisinin istehsalında itkilərə yol verməmək mümkündür.
Yeni texnologiyanın fotoelementli müasir panellərdən 20 dəfə səmərəli olacağı bildirilir.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Baxış sayı: 632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib