12px13px15px17px
Tarix:24/08/17

Böyük Britaniyada ən kiçik robot cərrah hazırlanıb

Tibbi avadanlıq istehsalı üzrə ixtisaslaşmış Britaniyanın “CMR” şirkətinin mühəndislərinin məlumatına görə, böyük ölçülü robotlarla rəqabət aparmaq qabiliyyətinə malik və  incə əməliyyatların icrası üçün nəzərdə tutulmuş ucuz, yığcam və təcrübəli robot hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Cambridge Medical Robotics” şirkətinin istehsalçılarının məlumatına görə, “Versius” adlı robot cərrahın ölçüləri 60x60 santimetr təşkil edir. Qiyməti isə analoji qurğularla müqayisədə iki dəfə ucuzdur.

Robot pasiyentin bədənində diametri 1sm-dək olan kəsik etmək tələb olunan əməliyyatları keçirə biləcək. Belə əməliyyatlar incə hərəkətlər tələb edir, buna görə robot çox elastikdir, onun manipulyatoru insan əlini xatırladır. Həmçinin robotun bütün hərəkətlərini üçölçülü ekranda izləmək mümkündür. Bu, robot cərraha əməliyyatı daha sürətli və səmərəli etməyə imkan verəcək.

Gələn il kiçik ölçülü robot cərrahın işçi prototipi təqdim ediləcək.

Emil Hüseynov




Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024