12px13px15px17px
Tarix:06/09/17

“Facebook” "insan" mimikasına malik bot yaradıb

"Facebook" sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini təhlil deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik "Learn2Smile" alqoritmini yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, layihənin əsasını təşkil edən süni intellekt "Skype" servisində 250 videokonfransı təhlil edib. Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında "Learn2Smile" alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib. Məlumdur ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərək bir neçə ümumi hərəkət icra edirlər: baş ilə salam verir, baş əyir, göz qırpır. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər.

Proqramçıların sözlərinə görə, onların layihəsi avtomatik video köməkçilərlə ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. Gələcəkdə belə botlar daha da təkmilləşəcək və onların dizaynı detallaşdırılacaq.

Emil Hüseynov




Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024