12px13px15px17px
Tarix:14/09/17

Elektrik enerjisiz işləyən kondisionerləşdirmə sistemi yaradılıb

Stenford Universitetinin alimləri əsasında işləməsi üçün elektrik enerjisi tələb etməyən kondisionerləşdirmə sisteminin yaradıldığı yüksək texnologiyalı optik səth təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, istilik daşıyıcısı kimi xüsusi optik səth altında yerləşən istilikdəyişdiricilərdən keçən sudan istifadə olunub. Səth onun üzərinə düşən Günəş şüalarının enerjisinin təxminən 97 faizini əks etdirməklə ətraf mühitə suyun hasil etdiyi istilik enerjisini paylayır. “Passiv soyutma” adlanan sistemin keçirilən sınaqlarından məlum olub ki, bu üsulla su ətraf mühit temperaturundan Selsi üzrə 3-5 dərəcə aşağı soyudulur ki, bu da yaxşı kondisionerləşdirmə üçün əlverişli hesab olunur.

Məlumata görə, belə göstəricilər əldə edən alimlər şərti binanın riyazi modelini hazırlayıblar. Model göstərib ki, belə kondisionerləşdirmə sistemindən istifadə zamanı passiv soyutma sistemi sayəsində bir yay mövsümündə elektrik enerjisinə qənaət 14,3 meqavat-saat təşkil edə bilər. Qeyd olunur ki, riyazi modeldə ən isti iqlim zonalarından birində - Las-Veqasda yerləşən bina üçün elektrik enerjisinin istehlakı nəzərə alınıb.

Bildirilir ki, hazırda universitet alimləri texnologiyanın daha da təkmilləşdirilməsi və tətbiqi ilə məşğul olacaq “SkyCool Systems” şirkətini təsis ediblər. Passiv havalandırma sisteminə tələbatın yüksək olacağı gözlənilir.

Rəsmi məlumatlara görə, 2050-ci ilədək kondisionerləşdirmə üçün sərf edilən enerjinin ümumi miqdarı təxminən 10 dəfə artacaq. Odur ki, testlər zamanı elektrik enerjisinin 20 faiz qənaət edilməsinin aşkarlanması təkcə maliyyə deyil, ekoloji cəhətdən əhəmiyyətli töhfə verəcək.

Nizam Nuriyev 




Baxış sayı: 169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Fevral 2018

17 02 2018

17/02/18
“Android” sistemi üçün təhlükələrə həsr edilən hesabat təqdim olunub

Ekspertlərin məlumatına görə, 2017-ci ildə “Android” üçün fırıldaqçı proqramların payında 

17/02/18
Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb

ABŞ-ın “Microsoft” korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək 

17/02/18
“Nvidia” süni intellekti insanları müşahidə edəcək

“Nvidia” videokart istehsalçısı “AnyVision” şirkəti ilə birlikdə “ağıllı” videomüşahidə sistemi ü

17/02/18
“Windows 10” sistemində yüksək məhsuldarlıqlı rejim istifadəyə veriləcək

“Microsoft” korporasiyası “Windows 10 Insider” test proqramının iştirakçıları üçün növbəti yenilə