Tarix:28/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu dəfə söhbət smartfonlar üçün birləşdirici stansiyadan (dok-stansiya) getmir. Simsiz enerjidoldurma texnologiyası artıq satışa çıxarılıb və bir neçə ildir mövcuddur, lakin avtomobillər üçün bu funksiya yenilik olacaq.
Məlumata görə, “530e iPerformance” hibrid modeli üçün nəzərdə tutulacaq enerjidoldurma stansiyası 220 voltluq rozetkaya qoşulacaq. Bundan sonra avtomobilə quraşdırılan sensorlar sürücüyə nəqliyyat vasitəsinin batareyasının stansiya ilə təması üçün avtomobili harada saxlamalı olmasını göstərəcək.
Bildirilir ki, “530e iPerformance” modelinin 9,4 kVt/saatlıq batareyası 3,2 kVt gücdə olmaqla təxminın 3,5 saata enerji ilə doldurulur ki, bu da enerjinin kabel vasitəsilə doldurulma səviyyəsinə yaxındır. “BMW North America” şöbəsinin nümayəndəsi “The Verge” portalının jurnalistlərinə bildirib ki, texnologiyanın sınaqları keçirilir və hazırda ABŞ və Kanadanın müvafiq orqanları tərəfindən qiymətləndirilir.
Almaniya istehsalçısı simsiz enerjidoldurma stansiyasını digər ölkələr üçün yalnız “530e iPerformance” modeli üçün olmaqla 2018-ci ilin əvvəlində buraxmağı planlaşdırır. “iPerformance” seriyasının digər modelləri, o cümlədən “330e”, “740e”, “X5” və tam elektrik “i3” və “i8” texnologiyanı bir müddət sonra dəstəkləməyə başlayacaq.
Nizam Nuriyev
Avtomobillər üçün “BMW” simsiz enerjidoldurma qurğusu buraxılacaq
“BMW” şirkəti avtomobillər üçün simsiz enerjidoldurma stansiyasının istehsalına hazırlaşır.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu dəfə söhbət smartfonlar üçün birləşdirici stansiyadan (dok-stansiya) getmir. Simsiz enerjidoldurma texnologiyası artıq satışa çıxarılıb və bir neçə ildir mövcuddur, lakin avtomobillər üçün bu funksiya yenilik olacaq.
Məlumata görə, “530e iPerformance” hibrid modeli üçün nəzərdə tutulacaq enerjidoldurma stansiyası 220 voltluq rozetkaya qoşulacaq. Bundan sonra avtomobilə quraşdırılan sensorlar sürücüyə nəqliyyat vasitəsinin batareyasının stansiya ilə təması üçün avtomobili harada saxlamalı olmasını göstərəcək.
Bildirilir ki, “530e iPerformance” modelinin 9,4 kVt/saatlıq batareyası 3,2 kVt gücdə olmaqla təxminın 3,5 saata enerji ilə doldurulur ki, bu da enerjinin kabel vasitəsilə doldurulma səviyyəsinə yaxındır. “BMW North America” şöbəsinin nümayəndəsi “The Verge” portalının jurnalistlərinə bildirib ki, texnologiyanın sınaqları keçirilir və hazırda ABŞ və Kanadanın müvafiq orqanları tərəfindən qiymətləndirilir.
Almaniya istehsalçısı simsiz enerjidoldurma stansiyasını digər ölkələr üçün yalnız “530e iPerformance” modeli üçün olmaqla 2018-ci ilin əvvəlində buraxmağı planlaşdırır. “iPerformance” seriyasının digər modelləri, o cümlədən “330e”, “740e”, “X5” və tam elektrik “i3” və “i8” texnologiyanı bir müddət sonra dəstəkləməyə başlayacaq.
Nizam Nuriyev
Baxış sayı: 502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib