12px13px15px17px
Tarix:13/10/17

Yerişə görə insanın şəxsiyyətini təyin edən yeni texnologiya təqdim edilib

Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni texnologiya hərəkətin ritmi, sürəti və başqa xüsusiyyətləri daxil olmaqla unikal yeriş "təsvir”inə əsaslanır. Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Avtomatlaşdırma İnstitutunun elmi işçisi deyib ki, yeni texnologiya gözün qüzehi qişasının skanerləri ilə müqayisədə dəfələrlə sürətli işləyir.

Tanıma sürəti 200 milli-saniyəyə (insanın göz qırpmağı 300-400 ms təşkil edir) bərabərdir. Alimin sözlərinə görə, alqoritm 1000 kv metr sahədə 1000-dək insanı tanımaq qabiliyyətinə malikdir.

Biometrik eyniləşdirmə sistemləri Çində hər yerdə tətbiq olunur. Ölkənin 4 şəhərində dörd yol ağızlarında qurulmuş kameralar küçə hərəkəti qaydalarını pozan piyadaları müəyyənləşdirir, Pekin ictimai parkında tualet kağızını oğurlayan şəxslərlə mübarizə aparmağa kömək edir.

Emil Hüseynov




Baxış sayı: 148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Dekabr 2017

16 12 2017

16/12/17
Dünyada ən kiçik mobil qurğu təqdim edilib

“Clubit New Media” şirkəti kiçikölçülü “Zanco Tiny T1” mobil telefonunu təqdim edib. İstehsal

16/12/17
“Google” lazer şüasının köməyilə interneti çatdırmağa başlayacaq

“Google” şirkəti və “AP State FiberNet” telekommunikasiya operatoru Hindistanın Andxra-Pradeş ştatında 

16/12/17
ABŞ-da şəbəkə bitərəfliyi ləğv edilib

ABŞ Federal Rabitə Komissiyası 14 dekabrda ölkə ərazisində qüvvədə olan şəbəkə bitərəfliyi prinsipinin 

16/12/17
Ekranın alt hissəsinə barmaq izi skaneri qurulmuş ilk smartfon təqdim ediləcək

2018-ci ilin əvvəlində təqdim olunacaq aparatda ekranın alt hissəsinə daktiloskopik sensor qurulacaq.