Tarix:13/10/17
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, Almaniyada "GTC Europe 2017" tədbiri çərçivəsində nümayiş olunan "Drive PX Pegasus" platforması sürücüsüz avtomobillər üçün yeni hesablama modulu ailəsidir. "NVIDIA" mütəxəssisləri qeyd edir ki, platforma robotlaşdırılmış özüidarəolunan avtomobillər üçün, prinsipcə, yeni sistem hesab olunur.
Məlumata görə, şirkət unikal və güclü kompüter yaratmağa nail olub. Platforma istənilən sürücüsüz nəqliyyat vasitələrinə və yol vəziyyətlərinə maksimum tez və effektiv şəkildə adaptasiya oluna bilir. "NVIDIA" kompüteri saniyədə 320 trilyondan çox əməliyyat emal edir ki, bu da bütün mövcud analoqları üstələyir. Plataya əksər hesablamaları aparacaq "post-Volta" arxitekturalı iki diskret sürətləndirici daxildir. Platformanın əsas elementini iki birkristallı "Xavier" sistemi təşkil edir. Onların əsası "NVIDIA" tərəfindən modifikasiya edilən "ARM" arxitekturalı adı açıqlanmayan səkkiznüvəli mərkəzi prosessordan (CPU) və "Volta" arxitekturalı və 512 "CUDA" nüvəsi ilə inteqrasiya edilmiş güclü qrafik prosessordan (GPU) ibarətdir.
Bildirilir ki, platforma haqqında digər məlumatlar məxfi saxlanılsa da, "Pegasus Drive PX2" adlanan kiçik modelin ABŞ sahibkarı İlon Maskın avtonom idarəetmə ilə işləyən "Tesla" avtomobilinin layihələndirilməsinin əsasını təşkil edəcəyi məlum olub. Bundan başqa, platformanın avtonom taksilərin "sürücüsü" qismində sınaqlarının uğurla başa çatacağı təqdirdə "NVIDIA" texnologiyası ilə digər avtomobil istehsalçılarının maraqlanacağı gözlənilir.
Nizam Nuriyev
Avtonom taksilər üçün yeni “NVIDIA” platforması buraxılacaq
"NVIDIA" şirkəti avtonom avtomobillərin yaradılması texnologiyası ilə bağlı yeni yanaşma təqdim edib. Şirkət mütəxəssislərinin nümayiş etdirdiyi və yarım ilə satışa çıxarılacaq "Drive PX Pegasus" platforması avtonom taksilər üçün ən yaxşı sistem olacaq."ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, Almaniyada "GTC Europe 2017" tədbiri çərçivəsində nümayiş olunan "Drive PX Pegasus" platforması sürücüsüz avtomobillər üçün yeni hesablama modulu ailəsidir. "NVIDIA" mütəxəssisləri qeyd edir ki, platforma robotlaşdırılmış özüidarəolunan avtomobillər üçün, prinsipcə, yeni sistem hesab olunur.
Məlumata görə, şirkət unikal və güclü kompüter yaratmağa nail olub. Platforma istənilən sürücüsüz nəqliyyat vasitələrinə və yol vəziyyətlərinə maksimum tez və effektiv şəkildə adaptasiya oluna bilir. "NVIDIA" kompüteri saniyədə 320 trilyondan çox əməliyyat emal edir ki, bu da bütün mövcud analoqları üstələyir. Plataya əksər hesablamaları aparacaq "post-Volta" arxitekturalı iki diskret sürətləndirici daxildir. Platformanın əsas elementini iki birkristallı "Xavier" sistemi təşkil edir. Onların əsası "NVIDIA" tərəfindən modifikasiya edilən "ARM" arxitekturalı adı açıqlanmayan səkkiznüvəli mərkəzi prosessordan (CPU) və "Volta" arxitekturalı və 512 "CUDA" nüvəsi ilə inteqrasiya edilmiş güclü qrafik prosessordan (GPU) ibarətdir.
Bildirilir ki, platforma haqqında digər məlumatlar məxfi saxlanılsa da, "Pegasus Drive PX2" adlanan kiçik modelin ABŞ sahibkarı İlon Maskın avtonom idarəetmə ilə işləyən "Tesla" avtomobilinin layihələndirilməsinin əsasını təşkil edəcəyi məlum olub. Bundan başqa, platformanın avtonom taksilərin "sürücüsü" qismində sınaqlarının uğurla başa çatacağı təqdirdə "NVIDIA" texnologiyası ilə digər avtomobil istehsalçılarının maraqlanacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib