12px13px15px17px
Tarix:19/10/17

Səudiyyə Ərəbistanında "hava ilanları"nın köməyilə elektrik enerjisi hasil ediləcək

əldə edilməsi üzrə yeni üsul təklif edib. Mühəndislər turbinləri Yer kürəsinin səthində deyil, havada yerləşdirməyi təklif ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Georqi Stençikovun rəhbərliyi altında külək turbinlərinin effektivliyini araşdıran universitetin mühəndislərinin qənaətinə görə, Yer kürəsinin səthində hava axınları son dərəcə dəyişkəndir. Amma NASA-dan müxtəlif hündürlükdə küləyin gücü haqda əldə edilmiş informasiyanı ətraflı araşdırmış alimlər yeni tip aeroturbinlərin bərkidilməsi üçün ən müvafiq nöqtələri və hündürlüyü hesablaya biliblər.

Yüksək hündürlükdə daima əsən güclü küləklər hava turbinlərinin enerji səmərəliliyi problemini həll etməkdə kömək edə bilər, buna görə mühəndislər belə qənaətə gəliblər ki, kabellərin köməyi ilə Yer kürəsi ilə  birləşdirilmiş hava turbinləri ənənəvi külək mühərriklərini tam əvəz edəcək.

Emil Hüseynov




Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024