Tarix:26/10/17
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, kompüter təlimi texnologiyasının növ müxtəlifliyi sayəsində sistem səslərin xüsusiyyətlərini araşdıraraq eyni anda danışan insanların danışığını bir-birindən fərqləndirir. Sistem ingilis dilinin 100 daşıyıcısının danışıq nümunələrinin köməyi ilə öyrədilib, amma "Mitsubishi" şirkətinin nümayəndələri iddia edirlər ki, sistem başqa dilləri də ayırd edə bilir.
İki nəfər eyni mikrofondan istifadə etdikləri halda sistem onların sözlərini 90% dəqiqliklə tanıyır. Spikerlərin sayının artması ilə bu göstərici azalır: üç nəfər danışan üçün göstərici artıq 80%-ə bərabərdir.
Yeni texnologiyanın müəllifləri onun iki sahədə potensial tətbiqi haqda məlumat veriblər: birinci səsli interfeysə malik qurğular (sürücüsüz avtomobillərin kompüterləri, fərdi köməkçilər), ikinci sahə isə audioyazıların deşifrə edilməsi. "Mitsubishi" şirkətinin nümayəndələri hesab edirlər ki, ikinci imkan xüsusi xidmət orqanları, polis və hərbçiləri maraqlandıra bilər.
Emil Hüseynov
Yeni texnologiya eyni anda bir neçə səsi ayırd edə bilir
Səsli interfeysə malik qurğular mikrofonun eşitmə zonasında bir nəfər danışarkən düzgün işləyir. İkinci şəxsin danışığı da birinciyə qarışdıqda tanıma sistemində problemlər yaşanır. "Mitsubishi" şirkətinin Kembric laboratoriyasında bu problemin həllini tapıblar. Bu həftə Tokioda keçirilmiş "Combined Exhibition of Advanced Technologies" texnologiya şousunda eyni anda danışan 2-dən 5-dək insanın danışığını tanımağa imkan verən texnologiya təqdim olunub."ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, kompüter təlimi texnologiyasının növ müxtəlifliyi sayəsində sistem səslərin xüsusiyyətlərini araşdıraraq eyni anda danışan insanların danışığını bir-birindən fərqləndirir. Sistem ingilis dilinin 100 daşıyıcısının danışıq nümunələrinin köməyi ilə öyrədilib, amma "Mitsubishi" şirkətinin nümayəndələri iddia edirlər ki, sistem başqa dilləri də ayırd edə bilir.
İki nəfər eyni mikrofondan istifadə etdikləri halda sistem onların sözlərini 90% dəqiqliklə tanıyır. Spikerlərin sayının artması ilə bu göstərici azalır: üç nəfər danışan üçün göstərici artıq 80%-ə bərabərdir.
Yeni texnologiyanın müəllifləri onun iki sahədə potensial tətbiqi haqda məlumat veriblər: birinci səsli interfeysə malik qurğular (sürücüsüz avtomobillərin kompüterləri, fərdi köməkçilər), ikinci sahə isə audioyazıların deşifrə edilməsi. "Mitsubishi" şirkətinin nümayəndələri hesab edirlər ki, ikinci imkan xüsusi xidmət orqanları, polis və hərbçiləri maraqlandıra bilər.
Emil Hüseynov
Baxış sayı: 574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib