Tarix:26/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni xidmətin əsas elementini kamera və smartfon vasitəsilə idarə edilən əlavə ilə birlikdə işləyən “ağıllı” kilid təşkil edir. Bağlama çatdırılan zaman kuryer qablaşdırma üzərindəki ştrix-kodu skan edərək sorğunu “Amazon” bulud məlumat bazasına göndərir. Təsdiqdən sonra qapının qıfılı avtomatik açılır, dəhlizdə quraşdırılan kamera isə mənzil sahibləri üçün translyasiya başlayır. Paketi kandarda qoyan kuryer qapını bağlayaraq oranı tərk edir.
Məlumata görə, “ağıllı” kilid, kamera və sistemin quraşdırılması üzrə xidmətlərdən ibarət dəstin qiyməti 249,99 dollar təşkil edir. “Amazon” nümayəndələrinin sözlərinə görə, ev sahibləri olmayanda çatdırılma üçün kiçikölçülü və çox yer tutmayan 10 milyondan çox məhsul nəzərdə tutulub.
Bildirilir ki, şirkət malların çatdırılması üçün servisdən istifadə hüququnu üçüncü şəxslərə vermək niyyətində olmasa da, “Amazon Key” texnologiyasının tədricən “Amazon Home Services” vasitəsilə ev heyvanlarının gəzdirilməsi və ya mətbəxin sahmana salınması kimi xidmətlərin sifarişi zamanı istifadəyə başlanacağına ümid edir.
Bundan başqa, “ağıllı” qıfıl mənzil sahiblərinə yaxın dostlar və ailə üzvləri üçün girişi sadələşdirməyə imkan verəcək. İnterfeys ayrı-ayrı şəxslər üçün daimi, vaxtla məhdudlaşdırılan birdəfəlik və ya müəyyən günlər və ya müəyyən vaxta görə daimi girişi quraşdırmağa imkan verir. İdarəetmə smartfon əlavəsi və ya adi SMS bildirişləri vasitəsilə həyata keçirilir.
Nizam Nuriyev
Yeni texnologiya evə gətirilən məhsulu qəbul edəcək
ABŞ-ın “Amazon” şirkəti növbəti dəfə internet alış-verişi sahəsində inqilab edərək ev sahibi evdə olmayanda gətirilən məhsulun qəbuluna imkan verən texnologiya təqdim edib. “Amazon Key” adlanan yeni texnologiyanın noyabrın 8-dən etibarən ABŞ-ın 38 şəhərində istifadəyə verilməsi nəzərdə tutulur.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni xidmətin əsas elementini kamera və smartfon vasitəsilə idarə edilən əlavə ilə birlikdə işləyən “ağıllı” kilid təşkil edir. Bağlama çatdırılan zaman kuryer qablaşdırma üzərindəki ştrix-kodu skan edərək sorğunu “Amazon” bulud məlumat bazasına göndərir. Təsdiqdən sonra qapının qıfılı avtomatik açılır, dəhlizdə quraşdırılan kamera isə mənzil sahibləri üçün translyasiya başlayır. Paketi kandarda qoyan kuryer qapını bağlayaraq oranı tərk edir.
Məlumata görə, “ağıllı” kilid, kamera və sistemin quraşdırılması üzrə xidmətlərdən ibarət dəstin qiyməti 249,99 dollar təşkil edir. “Amazon” nümayəndələrinin sözlərinə görə, ev sahibləri olmayanda çatdırılma üçün kiçikölçülü və çox yer tutmayan 10 milyondan çox məhsul nəzərdə tutulub.
Bildirilir ki, şirkət malların çatdırılması üçün servisdən istifadə hüququnu üçüncü şəxslərə vermək niyyətində olmasa da, “Amazon Key” texnologiyasının tədricən “Amazon Home Services” vasitəsilə ev heyvanlarının gəzdirilməsi və ya mətbəxin sahmana salınması kimi xidmətlərin sifarişi zamanı istifadəyə başlanacağına ümid edir.
Bundan başqa, “ağıllı” qıfıl mənzil sahiblərinə yaxın dostlar və ailə üzvləri üçün girişi sadələşdirməyə imkan verəcək. İnterfeys ayrı-ayrı şəxslər üçün daimi, vaxtla məhdudlaşdırılan birdəfəlik və ya müəyyən günlər və ya müəyyən vaxta görə daimi girişi quraşdırmağa imkan verir. İdarəetmə smartfon əlavəsi və ya adi SMS bildirişləri vasitəsilə həyata keçirilir.
Nizam Nuriyev
Baxış sayı: 595
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib