Tarix:30/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, son dövrlər ultrasəsli müayinə qurğuları üzrə texnologiyaların sürətlə inkişaf etməsi onların həm ölçüsünü, həm də qiymətini azaltmağa imkan verir. Lakin ultrasəsli müayinə aparatlarının qiyməti baha olaraq qalır. Belə ki, yüksək təsvir ölçüsünə malik görüntülər yaradan ən yaxşı modellərin qiyməti 100 min dolları üstələyir. Tibbi ultrasəsli qurğular bazarının liderlərindən biri hesab edilən “Philips” şirkəti bu yaxınlarda qiyməti 6 min dollara bərabər portativ skaner təqdim edib.
Bildirilir ki, bu bazarı daha da canlandıracaq yeni “Butterfly iQ” qurğusunun qiyməti təxminən 2 min dollar olacaq. Qiymətin ucuz olması portativ skanerdən təkcə tibbi müəssisələrin deyil, eyni zamanda ayrı-ayrı həkimlərin istifadəsinə imkan yaradır. Beləliklə, “Butterfly iQ” həkimlərin diaqnostik alətlər dəstinə daxil olan növbəti qurğu ola bilər.
Məlumata görə, qurğu orqanizmi əhatə edən abdominal və ginekoloji tətbiqdən tutmuş, ürək və ya uroloji tədqiqatlaradək 13 müxtəlif kliniki istifadə üçün təsdiq edilib. Lakin hazırda qurğudan yalnız səhiyyədə lisenziyalı praktika keçən şəxslər yararlana bilərlər.
Qeyd edək ki, ilin əvvəlində “Butterfly iQ” aparatını sınaqdan keçirən ürək-damar cərrahı Con Martin gözlənilmədən boynunda xərçəng aşkar edib.
Nizam Nuriyev
Smartfonla işləyən kiçik ultrasəsli müayinə aparatı yaradılıb
Son vaxtlar tibdə istifadə olunmağa başlayan smartfonlar artıq dəri xərçəngi və beyin silkələnməsi kimi xəstəlikləri aşkarlaya bilir. Kiçik cib kompüterlərinin böyük gücü mühəndislərə onların köhnə iriölçülü analoqlarını əvəzləyən çoxlu daşınan texnoloji qurğular hazırlamağa imkan verir. Belə yeniliklərdən biri isə ağ-qara təsviri birbaşa smartfon ekranında göstərən kiçik “Butterfly iQ” ultrasəsli müayinə aparatıdır.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, son dövrlər ultrasəsli müayinə qurğuları üzrə texnologiyaların sürətlə inkişaf etməsi onların həm ölçüsünü, həm də qiymətini azaltmağa imkan verir. Lakin ultrasəsli müayinə aparatlarının qiyməti baha olaraq qalır. Belə ki, yüksək təsvir ölçüsünə malik görüntülər yaradan ən yaxşı modellərin qiyməti 100 min dolları üstələyir. Tibbi ultrasəsli qurğular bazarının liderlərindən biri hesab edilən “Philips” şirkəti bu yaxınlarda qiyməti 6 min dollara bərabər portativ skaner təqdim edib.
Bildirilir ki, bu bazarı daha da canlandıracaq yeni “Butterfly iQ” qurğusunun qiyməti təxminən 2 min dollar olacaq. Qiymətin ucuz olması portativ skanerdən təkcə tibbi müəssisələrin deyil, eyni zamanda ayrı-ayrı həkimlərin istifadəsinə imkan yaradır. Beləliklə, “Butterfly iQ” həkimlərin diaqnostik alətlər dəstinə daxil olan növbəti qurğu ola bilər.
Məlumata görə, qurğu orqanizmi əhatə edən abdominal və ginekoloji tətbiqdən tutmuş, ürək və ya uroloji tədqiqatlaradək 13 müxtəlif kliniki istifadə üçün təsdiq edilib. Lakin hazırda qurğudan yalnız səhiyyədə lisenziyalı praktika keçən şəxslər yararlana bilərlər.
Qeyd edək ki, ilin əvvəlində “Butterfly iQ” aparatını sınaqdan keçirən ürək-damar cərrahı Con Martin gözlənilmədən boynunda xərçəng aşkar edib.
Nizam Nuriyev
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib