12px13px15px17px
Tarix:13/10/11

“Nokia 603”: “Symbian Belle” platformasında smartfon (VİDEO)

“Nokia” şirkəti “Nokia 603” smartfonunu təqdim edib. Aparat monoblok tipli klassik korpusda hazırlanıb. Cızıqların yaranmasına qarşı möhkəm olan tutumlu sensor ekranın ölçüsü 3,5 düym təşkil edir; kəskinlik 360×640 nöqtədir. Daxili yaddaş tutumu 2 QB; tədarük dəstinə eyni tutumda “MicroSD” kartı daxil edilib.

Yenilik 5 meqapiksel kameraya malikdir, “RDS” dəstəkli FM tüner, “Wi-Fi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, “GPS” peyk naviqasiya sistem qəbuledicisi, “NFC” mikroçipi, “MicroUSB” portu və qulaqlıqlar üçün 3,5 millimetr yuva ilə təchiz edilib.

Smartfon “Symbian Belle” proqram platformasında işləyir. Platformaya təkmilləşdirilmiş səyyah və “NFC” əlaqənin təkmilləşdirilmiş vasitələri daxildir. “Nokia” qurğunun ağ və qara korpusda müxtəlif versiyalarını təklif edəcək. Qiymətin 200 avrodan baha olmayacağı gözlənilir.





Baxış sayı: 2493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024