Tarix:03/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq.
Bildirilir ki, bu, məsələn, əvvəllər şəxsiyyəti təsdiq etmək üçün əlavə qurğu və cihazların tətbiq olunduğu məhdud girişli zonalara daxil olmaq üçün faydalı ola bilər.
Yeni texnologiya oktyabrın 25-də elmi simpoziumda təqdim edilib.
Layihə rəhbəri, universitetin mühəndis elmləri sahəsi üzrə professoru Şiam Qollakotanın sözlərinə görə, yeni həll informasiyanın oxunması üzrə metodları dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız ucuz, eyni zamanda yeni smartfonlarda quraşdırılan adi maqnitometr tələb olunacaq.
Alimlər “ağıllı parça”nın hazırlanması ilə yanaşı, eksperimenti dəyişərək məlumatları saxlaya biləcək düymə, zaponka və digər aksessuarların yaradılması üzərində çalışmağı planlaşdırırlar.
Nizam Nuriyev
Qeyri-adi məlumat saxlama üsulu hazırlanıb
Vaşinqton Universitetinin alimlər qrupu qeyri-adi informasiya daşıyıcısı - məlumatları bilavasitə geyimdə daşımağa imkan verəcək “ağıllı parça” yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq.
Bildirilir ki, bu, məsələn, əvvəllər şəxsiyyəti təsdiq etmək üçün əlavə qurğu və cihazların tətbiq olunduğu məhdud girişli zonalara daxil olmaq üçün faydalı ola bilər.
Yeni texnologiya oktyabrın 25-də elmi simpoziumda təqdim edilib.
Layihə rəhbəri, universitetin mühəndis elmləri sahəsi üzrə professoru Şiam Qollakotanın sözlərinə görə, yeni həll informasiyanın oxunması üzrə metodları dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız ucuz, eyni zamanda yeni smartfonlarda quraşdırılan adi maqnitometr tələb olunacaq.
Alimlər “ağıllı parça”nın hazırlanması ilə yanaşı, eksperimenti dəyişərək məlumatları saxlaya biləcək düymə, zaponka və digər aksessuarların yaradılması üzərində çalışmağı planlaşdırırlar.
Nizam Nuriyev
Baxış sayı: 552
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib