Tarix:20/11/17
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, insan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən "PowerWatch" saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla - rozetkadan (o cümlədən simsiz enerjidoldurma) enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" ("yatma") rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır.
Bildirilir ki, "PowerWatch" saatlarının mövcudluğu barədə ilk dəfə ötən il tərtibatçılar tərəfindən "IndieGoGo" saytında vəsait toplanışı üzrə kampaniya başlananda məlum olub. Kampaniya zamanı 1,6 milyon dollar toplanıb ki, bu da istehsala başlamağa imkan verib. Noyabrda saatların kampaniyanı maliyyələşdirənlərə göndərilməsi, satışlara isə dekabrda başlamaq nəzərdə tutulur. Qurğunun qiyməti versiyadan asılı olaraq 169-249 dollar təşkil edəcək.
Məlumata görə, 46 millimetr diametrə malik baza versiyası suyun 50 metr dərinliyində işləyə bilir. Nisbətən bahalı variant daha böyükdür (50 mm) və daha yaxşı mühafizə olunur: saat suyun 200 metrliyində işləyir. Bundan başqa, ikinci "PowerWatch" versiyası smartfondan gələn bildirişləri göstərə bilir.
Hər iki modifikasiya kalorinin miqdarını və addımları hesablayır, eləcə də yuxunun keyfiyyətini qiymətləndirir.
Nizam Nuriyev
Enerjini insan bədənindən toplayan “ağıllı” “PowerWatch” saatları hazırlanıb
"Matrix Industries" şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən "ağıllı" "PowerWatch" saatlarının tədarükünə başlayıb."ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, insan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən "PowerWatch" saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla - rozetkadan (o cümlədən simsiz enerjidoldurma) enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" ("yatma") rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır.
Bildirilir ki, "PowerWatch" saatlarının mövcudluğu barədə ilk dəfə ötən il tərtibatçılar tərəfindən "IndieGoGo" saytında vəsait toplanışı üzrə kampaniya başlananda məlum olub. Kampaniya zamanı 1,6 milyon dollar toplanıb ki, bu da istehsala başlamağa imkan verib. Noyabrda saatların kampaniyanı maliyyələşdirənlərə göndərilməsi, satışlara isə dekabrda başlamaq nəzərdə tutulur. Qurğunun qiyməti versiyadan asılı olaraq 169-249 dollar təşkil edəcək.
Məlumata görə, 46 millimetr diametrə malik baza versiyası suyun 50 metr dərinliyində işləyə bilir. Nisbətən bahalı variant daha böyükdür (50 mm) və daha yaxşı mühafizə olunur: saat suyun 200 metrliyində işləyir. Bundan başqa, ikinci "PowerWatch" versiyası smartfondan gələn bildirişləri göstərə bilir.
Hər iki modifikasiya kalorinin miqdarını və addımları hesablayır, eləcə də yuxunun keyfiyyətini qiymətləndirir.
Nizam Nuriyev
Baxış sayı: 398
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı