Tarix:29/11/17
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.
Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.
Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.
Tərtibatçıların sözlərinə görə, sistem müxtəlif işıqlandırma səviyyələrində və yad insan başlarının duruşlarında stabil işləyir. Sistemə hər bir insanın müəyyənləşdirilməsi üçün 2 milli-saniyə, sifətlərin tanınması üçün 47 milli-saniyə, ekrana baxan şəxsin aşkarlanması üçün 115 saniyə lazımdır.
"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.
Nizam Nuriyev
Yeni “Google” proqramı istifadəçini telefon ekranına baxan insanlar haqqında xəbərdar edəcək
"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan insanlar haqqında xəbərdar edən proqram hazırlayıblar."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.
Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.
Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.
Tərtibatçıların sözlərinə görə, sistem müxtəlif işıqlandırma səviyyələrində və yad insan başlarının duruşlarında stabil işləyir. Sistemə hər bir insanın müəyyənləşdirilməsi üçün 2 milli-saniyə, sifətlərin tanınması üçün 47 milli-saniyə, ekrana baxan şəxsin aşkarlanması üçün 115 saniyə lazımdır.
"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.
Nizam Nuriyev
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib