Tarix:30/11/17
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, institut mühəndisi Anastasios Con Hart və keçmiş aspirant Ceyms Qo diqqəti adi masaüstü "3D" printerin sürətini məhdudlaşdıran üç əsas amilə yönəldiblər: çap başlığının sürəti - çap edilən materialın ucluq vasitəsilə çıxdığı güc və materialın ərinmə sürəti.
Məlumata görə, nəticədə mühəndislər çap başlığında və onun ətrafında bir neçə mexanizmi təkmilləşdiriblər, eləcə də plastik sap ucluqdan keçməzdən əvvəl daha tez əridilməsi üçün lazer əlavə ediblər. "FastFFF" adlanan sistem adi kommersiya printerlərinin çap sürətini 10 dəfə üstələyən sürət nümayiş etdirib. Yeni printer obyektləri bir neçə dəqiqə ərzində çap etdiyi halda ənənəvi "3D" printerlər bu vəzifənin öhdəsindən təxminən 1 saata gəlirlər.
Tədqiqatçıların fikrincə, "FastFFF" sistem prototipinin həcmli yığım sürəti 127 sm3/saat təşkil edib ki, bu da onların sözlərinə görə, müqayisəli təsvir ölçüsündə obyektlər yaradan kommersiya masaüstü "FFF" sistemlərindən təxminən 7 dəfə çoxdur. Lakin maksimal itələmə sürətində çap başlığı obyektləri 282 sm3/saat sürətində yarada bilir ki, bu da sınaq göstəricilərini təxminən 14 dəfə geridə qoyur.
Nizam Nuriyev
Yeni “3D” çap texnologiyası printerləri 10 dəfə sürətləndirəcək
Dizayner və istehsal sahələrinə təsir göstərən üçölçülü çap sferasında inqilaba baxmayaraq müasir "3D" printerlər texnologiyanın bütün sahələrdə tətbiqinə mane olan aşağı sürətdən ibarət yeganə problemə malikdirlər. Əksər masaüstü "3D" printerlər üçün kiçik obyektin yaradılmasına 1 saata yaxın vaxt tələb olunur. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) yaratdığı yeni texnologiya "3D" çap prosesini tam dəyişməklə printerlərə sürəti 10 dəfə artırmağa imkan verə bilər."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, institut mühəndisi Anastasios Con Hart və keçmiş aspirant Ceyms Qo diqqəti adi masaüstü "3D" printerin sürətini məhdudlaşdıran üç əsas amilə yönəldiblər: çap başlığının sürəti - çap edilən materialın ucluq vasitəsilə çıxdığı güc və materialın ərinmə sürəti.
Məlumata görə, nəticədə mühəndislər çap başlığında və onun ətrafında bir neçə mexanizmi təkmilləşdiriblər, eləcə də plastik sap ucluqdan keçməzdən əvvəl daha tez əridilməsi üçün lazer əlavə ediblər. "FastFFF" adlanan sistem adi kommersiya printerlərinin çap sürətini 10 dəfə üstələyən sürət nümayiş etdirib. Yeni printer obyektləri bir neçə dəqiqə ərzində çap etdiyi halda ənənəvi "3D" printerlər bu vəzifənin öhdəsindən təxminən 1 saata gəlirlər.
Tədqiqatçıların fikrincə, "FastFFF" sistem prototipinin həcmli yığım sürəti 127 sm3/saat təşkil edib ki, bu da onların sözlərinə görə, müqayisəli təsvir ölçüsündə obyektlər yaradan kommersiya masaüstü "FFF" sistemlərindən təxminən 7 dəfə çoxdur. Lakin maksimal itələmə sürətində çap başlığı obyektləri 282 sm3/saat sürətində yarada bilir ki, bu da sınaq göstəricilərini təxminən 14 dəfə geridə qoyur.
Nizam Nuriyev
Baxış sayı: 783
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib