12px13px15px17px
Tarix:19/01/18

“Huawei” şirkəti sürətli enerji toplama texnologiyası hazırlayıb

Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi “Watt Lab” yeni nəsil sürətli enerji toplama texnologiyası hazırlayıb. Şirkət nümayəndələri iddia edirlər ki, 5 dəqiqə ərzində 3000 milliamper/saat tutumunda akkumulyatorun şarjını 48%-dək doldurmaq mümkündür. Hazırda heç bir smartfon belə sürətli enerji toplamaq imkanına malik deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Huawei” şirkətinin yeni həlli indi akkumulyatoru yalnız smartfondan ayrı şəkildə enerji ilə doldurmağa imkan verir. Qurğudan çıxarılan batareya kifayət qədər böyük ölçülü xüsusi enerji doldurma blokuna yerləşdirilir.

Belə güman etmək olar ki,  çıxarılıb-taxılan akkumulyatorla təchiz edilmiş smartfonlar dəbi yenidən geri qaytaracaq. Həmçinin şirkət smartfonu əlavə qurğulardan istifadə etmədən enerji ilə doldurmaq üçün yeni texnologiyanı təkmilləşdirməyə davam edəcək.

Xatırladaq ki, ötən ilin əvvəllərində “Meizu” şirkəti 20 dəqiqə ərzində tamamilə enerji toplayan smartfonun işlək prototipini nümayiş etdirmişdi.

Emil Hüseynov






Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024