Tarix:03/02/18
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Office" paketinin yeni versiyasını quraşdırmaq istəyən istifadəçilərdən fərdi kompüterləri "Windows 10" əməliyyat sisteminədək yeniləmək tələb olunacaq. "Microsoft" korporasiyasının bu addımı korporativ müştəriləri "Office 365" "bulud" servisinə abunə olmağa stimullaşdırmaq istəyi ilə izah olunur.
Məlumata görə, "Office 2019" paketinin rəsmi təqdimatı 2018-ci ilin ikinci yarısına nəzərdə tutulur. Paketə "Word", "Excel", "PowerPoint" və "Outlook" əlavələri, eləcə də "Exchange", "SharePoint" və "Skype for Business" server versiyaları daxil olacaq.
Həmçinin qeyd olunur ki, 2020-ci ildə korporasiya "Windows 7" sisteminin və "Office 2010" paketinin genişləndirilmiş dəstəyini dayandırmağı planlaşdırır. "Office 2019" paketinə gəldikdə, ofis paketinin bu versiyası 5 il müddətinə əsas, daha sonra 2 illik genişləndirilmiş dəstəklə təmin olunacaq.
Xatırladaq ki, "Microsoft" fevralın 1-də ötən ilin dördüncü rübünün yekunları üzrə hesabat dərc edib. Korporasiyanın oktyabr-dekabrda mədaxili 28,9 milyard dollar təşkil edib. Bundan əlavə, maliyyə itkiləri 13,8 milyard dollarlıq ödənilməmiş birdəfəlik vergiyə görə 6,3 milyard dollara bərabər olub.
Nizam Nuriyev
“Microsoft Office” paketinin yeni versiyası “Windows 10” sistemi ilə işləyəcək
"Microsoft" korporasiyasının "Office 2019" ofis əlavələr paketinin yenilənmiş versiyası "Windows 7" və "Windows 8.1" əməliyyat sistemləri tərəfindən dəstəklənməyərək yalnız "Windows 10" sistemli fərdi kompüterlərdə işləyəcək. Bu barədə ABŞ istehsalçısının bloqunda deyilir."ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Office" paketinin yeni versiyasını quraşdırmaq istəyən istifadəçilərdən fərdi kompüterləri "Windows 10" əməliyyat sisteminədək yeniləmək tələb olunacaq. "Microsoft" korporasiyasının bu addımı korporativ müştəriləri "Office 365" "bulud" servisinə abunə olmağa stimullaşdırmaq istəyi ilə izah olunur.
Məlumata görə, "Office 2019" paketinin rəsmi təqdimatı 2018-ci ilin ikinci yarısına nəzərdə tutulur. Paketə "Word", "Excel", "PowerPoint" və "Outlook" əlavələri, eləcə də "Exchange", "SharePoint" və "Skype for Business" server versiyaları daxil olacaq.
Həmçinin qeyd olunur ki, 2020-ci ildə korporasiya "Windows 7" sisteminin və "Office 2010" paketinin genişləndirilmiş dəstəyini dayandırmağı planlaşdırır. "Office 2019" paketinə gəldikdə, ofis paketinin bu versiyası 5 il müddətinə əsas, daha sonra 2 illik genişləndirilmiş dəstəklə təmin olunacaq.
Xatırladaq ki, "Microsoft" fevralın 1-də ötən ilin dördüncü rübünün yekunları üzrə hesabat dərc edib. Korporasiyanın oktyabr-dekabrda mədaxili 28,9 milyard dollar təşkil edib. Bundan əlavə, maliyyə itkiləri 13,8 milyard dollarlıq ödənilməmiş birdəfəlik vergiyə görə 6,3 milyard dollara bərabər olub.
Nizam Nuriyev
Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)