Tarix:13/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, nazik material formasında hazırlanmış elektron dəri insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, onu insanabənzər robotların dərisi kimi istifadə etmək olar.
ABŞ alimlərinin yeni həllinin əsasını təzyiq, temperatur, rütubət və havanın sərfini ölçən altlıq və datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı material təşkil edir. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.
Sensor zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma yerinə polimin materialı çəkmək və bir az gözləmək kifayətdir: otaq temperaturunda "yara" təxminən 30 dəqiqə sonra sağalacaq. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edərək sonra məhluldan yeni nümunə düzəltmək olar.
Emil Hüseynov
ABŞ-da xüsusi mayedə həll ola bilən elektron dəri yaradılıb
Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, nazik material formasında hazırlanmış elektron dəri insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, onu insanabənzər robotların dərisi kimi istifadə etmək olar.
ABŞ alimlərinin yeni həllinin əsasını təzyiq, temperatur, rütubət və havanın sərfini ölçən altlıq və datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı material təşkil edir. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.
Sensor zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma yerinə polimin materialı çəkmək və bir az gözləmək kifayətdir: otaq temperaturunda "yara" təxminən 30 dəqiqə sonra sağalacaq. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edərək sonra məhluldan yeni nümunə düzəltmək olar.
Emil Hüseynov
Baxış sayı: 710
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib