12px13px15px17px
Tarix:15/02/18

“5G” avadanlığı üçün prosessorlar təqdim olunub

Finlandiyanın "Nokia" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil şəbəkələrdə (5G) iş üçün nəzərdə tutulan "ReefShark" prosessorlarını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, yeni həllər radiosistemlərin, o cümlədən antena blokları tərkibində işləyən sistemlərin məhsuldarlığını xeyli artıracaq. Nəticədə "MIMO" antena bloklarının qabaritlərini iki dəfə azaltmaq mümkün olacaq. Bundan başqa, "ReefShark" prosessorları radiosistemlərin enerji sərfiyyatını 64 faiz azaltmağa imkan verəcək.

Məlumata görə, hesablayıcı sistemlər üçün prosessorlar "Nokia AirScale" kommersiya modullarına qoşulan ayrıca bloklar şəklində tədarük edilir. Proqram təminatının yenilənməsi vasitəsilə "AirScale" modullarını "5G" şəbəkəsinin işləməsinin tam dəstəklənməsi üçün modernləşdirmək olar. Bununla yanaşı, "ReefShark" qoşulma blokları hər modulun buraxılış qabiliyyətini 3 dəfə - hazırkı 28 Qbit/saniyədən 84 Qbit/saniyəyədək yüksəldəcək.

Həmçinin bildirilir ki, prosessorlar operator şəbəkələrinin ölçülərini, qiymətini və enerji sərfiyyatını azaltmağa və "5G" texnologiyasının hesablayıcı maşınlar və radio resurslarına yüksək tələblərini ödəməyə imkan verəcək.

"ReefShark" prosessorlarının bu ilin üçüncü rübündə satışa çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri "Əşyalar interneti" texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə "5G" şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək "5G" insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri "ağıllı" idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin "5G" standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Nizam Nuriyev 




Baxış sayı: 28

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2020

18 02 2020

18/02/20
Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası 

18/02/20
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və m

18/02/20
“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib

“LG” şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar

18/02/20
Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya ha

18/02/20
“Sharp Aquos R5G” smartfonu təqdim edilib

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfon

18/02/20
“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şi

18/02/20
Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başl

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h