Tarix:15/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, hazırda kompüter təlimindən istifadə edən əksər daşınan qurğuların süni intellekt alqoritmlərinin işə salınması üçün gücünün çatmaması səbəbindən onlar “bulud” serverlərinin köməyindən yararlanır. Lakin avtonom işləyən süni intellekt alqoritmləri ilə bağlı ideya cəlbedici görünür. Onlar smartfonların məhsuldarlığını artıra, məlumatların göndərilməsi zamanı yaranan yubanmanı zəiflədə bilər. Həmçinin avtonom işləyən süni intellekt alqoritmləri smartfona oflayn işləməyə imkan verməklə bütün informasiyanın “bulud” serverində deyil, qurğuda saxlanılmasına şərait yaradacaq.
“ARM” şirkətinin kompüter təlimi qrupunun rəhbəri Cem Devis bildirib ki, bu məsələnin tədqiqi üçün çoxlu vaxt sərf edilib. “Biz kompüterlərin yükünü təhlil edərək hansı hissələrin daha çox vaxt və güc sərf etməsini müəyyənləşdirdik, eləcə də mövcud prosessorların mümkün yaxşılaşdırılmasını nəzərdən keçirdik. Yeni çiplər əvvəlkilərlə müqayisədə daha az enerji sərf edir, eləcə də onlar məlumatları yaddaşa daha yaxşı daxil edir və götürür”, - o qeyd edib.
Süni intellekt alqoritmləri ilə gücləndirilən yeni smartfonların bu il yaradılacağı planlaşdırılır.
Nizam Nuriyev
Süni intellekt alqoritmli ilk prosessorlar yaradılıb
Britaniyanın “ARM” şirkəti mobil telefon və smartfonlarda istifadə üçün nəzərdə tutulan süni intellekt alqoritmli ilk prosessorlar yaradıb. Yeni çiplərin kütləvi istehsalına 2019-cu ilin əvvəlində başlamaq nəzərdə tutulur.“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, hazırda kompüter təlimindən istifadə edən əksər daşınan qurğuların süni intellekt alqoritmlərinin işə salınması üçün gücünün çatmaması səbəbindən onlar “bulud” serverlərinin köməyindən yararlanır. Lakin avtonom işləyən süni intellekt alqoritmləri ilə bağlı ideya cəlbedici görünür. Onlar smartfonların məhsuldarlığını artıra, məlumatların göndərilməsi zamanı yaranan yubanmanı zəiflədə bilər. Həmçinin avtonom işləyən süni intellekt alqoritmləri smartfona oflayn işləməyə imkan verməklə bütün informasiyanın “bulud” serverində deyil, qurğuda saxlanılmasına şərait yaradacaq.
“ARM” şirkətinin kompüter təlimi qrupunun rəhbəri Cem Devis bildirib ki, bu məsələnin tədqiqi üçün çoxlu vaxt sərf edilib. “Biz kompüterlərin yükünü təhlil edərək hansı hissələrin daha çox vaxt və güc sərf etməsini müəyyənləşdirdik, eləcə də mövcud prosessorların mümkün yaxşılaşdırılmasını nəzərdən keçirdik. Yeni çiplər əvvəlkilərlə müqayisədə daha az enerji sərf edir, eləcə də onlar məlumatları yaddaşa daha yaxşı daxil edir və götürür”, - o qeyd edib.
Süni intellekt alqoritmləri ilə gücləndirilən yeni smartfonların bu il yaradılacağı planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 583
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib