12px13px15px17px
Tarix:17/02/18

Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb

ABŞ-ın "Microsoft" korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək proqram hazırlayıb. Bu barədə korporasiyanın saytında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, gözdən əlil şəxs hərəkət etməyə başlayan zaman "canetroller" adlanan əsanı yönəldərək ətrafdakı məkanı skan edəcək. Qurğu obyektləri tanıyır və istifadəçi onlardan birinə yaxınlaşan zaman vibrasiya verməyə başlayır.
 
Bundan başqa, istifadəçi istiqamətin daha yaxşı müəyyənləşdirilməsi üçün səsi təmin edən qulaqcıqlar dəsti ilə təchiz olunub.
 
Qurğunun keçirilən sınaqlarında iştirak edən gözdən əlil şəxslərin sözlərinə görə, hazırda çəkisi təxminən 2 kq təşkil edən "canetroller" əsasının çəkisini azaltmaq lazımdır.
 
Nizam Nuriyev 






Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024