12px13px15px17px
Tarix:20/02/18

Yeni “Samsung” dronu gözlə idarə ediləcək

“Samsung” şirkəti yeni pilotsuz uçan aparatı qeydiyyatdan keçirib. Qurğunun çertyoju və funksionallığının təsviri “Let’s go digital” saytında yerləşdirilib. Saytın məlumatına görə, dronu göz vasitəsilə idarə etmək mümkün olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, aparatın başlıca xüsusiyyəti göz, əl və baş hərəkətlərinə reaksiya verməkdən ibarətdir. Funksiya onun jestlərin köməyi ilə idarə edilməsi məqsədilə yaradılıb. Qurğu əl, baş və göz hərəkətlərindən asılı olaraq uçuşun sürətini və istiqamətini ölçəcək.  
 
Bundan başqa, dron displeylə təchiz ediləcək. Diaqonal və tərəflər nisbəti barədə məlumat verilmir. Həmçinin qurğu sifətin tanınması sisteminə malik olacaq. Şirkət tərəfindən sistem ayrıca texnologiya kimi qeydiyyatdan keçirilib.
 
Nizam Nuriyev





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024