Tarix:22/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Panasonic” və “Trend Micro” şirkətləri tərəfindən yaradılacaq birgə həll avtomobilin yolda hərəkətinə nəzarət edən elektron idarəetmə blokuna icazəsiz giriş cəhdlərinin qarşısını almağa kömək edəcək.
“Bulud” texnologiyası vasitəsilə fasiləsiz monitorinq aparılacaq. Müdaxilə cəhdləri haqda məlumatlar təhlil və nəqliyyat vasitələrinin mühafizəsi üzrə sonrakı təkmilləşdirmələr üçün “bulud” platformasına göndəriləcək.
“Panasonic” şirkəti əməkdaşlıq çərçivəsində icazəsiz giriş hallarının aşkar edilməsi və qarşısının alınması üçün “Control Area Network” (“CAN”) texnologiyasını təqdim edəcək, “Trend Micro” şirkəti tərəfindən "əşyalar interneti" üçün həllər isə internetdən daxil olan hücumların aşkar edilməsi üçün avtomobillərin informasiya-əyləncə sistemlərində tətbiq olunacaq.
Tərəfdaşlar 2020-ci ildən sonra avtomobillərin kiberhücumlardan müdafiəsi üçün birgə kommersiya həlli təqdim etməyi planlaşdırırlar.
Emil Hüseynov
Bu şirkətlər avtomobilləri kiberhücumlardan qoruyacaq
İnformasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş həllərin istehsalçısı “Trend Micro” şirkəti və elektronika istehsalçısı “Panasonic” şirkəti avtomobilləri kiberhücumlardan müdafiə etmək üçün birgə əməkdaşlığa başlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Panasonic” və “Trend Micro” şirkətləri tərəfindən yaradılacaq birgə həll avtomobilin yolda hərəkətinə nəzarət edən elektron idarəetmə blokuna icazəsiz giriş cəhdlərinin qarşısını almağa kömək edəcək.
“Bulud” texnologiyası vasitəsilə fasiləsiz monitorinq aparılacaq. Müdaxilə cəhdləri haqda məlumatlar təhlil və nəqliyyat vasitələrinin mühafizəsi üzrə sonrakı təkmilləşdirmələr üçün “bulud” platformasına göndəriləcək.
“Panasonic” şirkəti əməkdaşlıq çərçivəsində icazəsiz giriş hallarının aşkar edilməsi və qarşısının alınması üçün “Control Area Network” (“CAN”) texnologiyasını təqdim edəcək, “Trend Micro” şirkəti tərəfindən "əşyalar interneti" üçün həllər isə internetdən daxil olan hücumların aşkar edilməsi üçün avtomobillərin informasiya-əyləncə sistemlərində tətbiq olunacaq.
Tərəfdaşlar 2020-ci ildən sonra avtomobillərin kiberhücumlardan müdafiəsi üçün birgə kommersiya həlli təqdim etməyi planlaşdırırlar.
Emil Hüseynov
Baxış sayı: 433
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet