Tarix:22/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, komanda smartfonun arxa panelinə enerji xanası quraşdırıb və ona tərəf ensiz lazer şüası yönləndirib. Lazer sistemi 4,3 metr məsafədən 97 kv.sm-lik sahəyə 2 Vattlıq enerji verərək telefonu adi USB kabeli kimi sürətli şəkildə enerji ilə doldurub.
Lazer yayıcı telefonun enerji ilə doldurulmasına hazır olmasının avtomatik təyin edilməsi üçün nəzərdə tutulub. Smartfon isə insan qulağı tərəfindən eşidilməyən yüksəktezlikli siqnalların göndərilməsi üçün proqramlaşdırılıb. Bu siqnallar lazer qurğusuna smartfonun olduğu yer barədə məlumat verir.
"Olduğu yeri təyin edən bu səs sistemi ona zəmanət verir ki, istifadəçi smartfonu enerji doldurma səthinə qoyan kimi lazer yayıcı onu aşkar edə bilər" – tədqiqatın həmmüəllifi Vikram Ayer deyib.
Emil Hüseynov
Alimlər smartfonları məsafədən enerji ilə dolduran lazer hazırlayıblar
Bu gün bütün telefon şirkətləri artıq “Bluetooth” və “Wi-Fi” texnologiyalarına üstünlük verərək naqillərdən imtina ediblər, amma smartfonların enerji ilə doldurulması üçün əvvəlki kimi naqillərə ehtiyac var. Lakin simsiz texnologiyaların inkişaf sürətinə görə yaxın vaxtlarda bu vəziyyətin dəyişəcəyini söyləmək olar. Vaşinqton Universitetini təmsil edən komanda lazerlərin köməyi ilə qurğuların məsafədən və simsiz üsulla enerji ilə doldurulmasını nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, komanda smartfonun arxa panelinə enerji xanası quraşdırıb və ona tərəf ensiz lazer şüası yönləndirib. Lazer sistemi 4,3 metr məsafədən 97 kv.sm-lik sahəyə 2 Vattlıq enerji verərək telefonu adi USB kabeli kimi sürətli şəkildə enerji ilə doldurub.
Lazer yayıcı telefonun enerji ilə doldurulmasına hazır olmasının avtomatik təyin edilməsi üçün nəzərdə tutulub. Smartfon isə insan qulağı tərəfindən eşidilməyən yüksəktezlikli siqnalların göndərilməsi üçün proqramlaşdırılıb. Bu siqnallar lazer qurğusuna smartfonun olduğu yer barədə məlumat verir.
"Olduğu yeri təyin edən bu səs sistemi ona zəmanət verir ki, istifadəçi smartfonu enerji doldurma səthinə qoyan kimi lazer yayıcı onu aşkar edə bilər" – tədqiqatın həmmüəllifi Vikram Ayer deyib.
Emil Hüseynov
Baxış sayı: 546
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib