Tarix:28/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Gazeta” resursuna istinadən yazır ki, texnologiya “MONOS” strukturu (metal-oksid-nitrid-oksid-silisium) üzərində nümayiş olunub.
Məlumata görə, “MONOS” strukturunun enerjini nazik silisium nitrid qatında saxlamağa imkan verməsi rezonans tezliyini dəyişir.
Bildirilir ki, hazırda foton qurğuları mikrosxemlər əsasında işləyir. Onlar mikrorezonatorlar adlanır. Lakin onların xüsusiyyətlərinin məhdud olması səbəbindən alimlər enerjidən asılı fləş-yaddaşı silisium foton sxemlərlə birləşdiriblər. Bunun sayəsində kompüterlərin işləmə sürətini 100 dəfə artırmaq üçün imkan yaranıb.
Yerusəlim Yəhudi Universitetinin tədqiqat qrupunun rəhbəri doktor Uriel Levi bildirib ki, ixtira məlumatların ötürülmə sürətini xeyli artıran yeni, daha güclü simsiz qurğular yaratmağa kömək edəcək. “Yüksək texnologiyalar dünyasında onlar böyük üstünlüyə malik olacaqlar”, - alim əlavə edib.
Nizam Nuriyev
Kompüterlərin sürətləndirilməsi üçün yeni texnologiya hazırlanıb
İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri kompüterlərin işləmə sürətini 100 dəfə artırmağa imkan verən texnologiya hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Gazeta” resursuna istinadən yazır ki, texnologiya “MONOS” strukturu (metal-oksid-nitrid-oksid-silisium) üzərində nümayiş olunub.
Məlumata görə, “MONOS” strukturunun enerjini nazik silisium nitrid qatında saxlamağa imkan verməsi rezonans tezliyini dəyişir.
Bildirilir ki, hazırda foton qurğuları mikrosxemlər əsasında işləyir. Onlar mikrorezonatorlar adlanır. Lakin onların xüsusiyyətlərinin məhdud olması səbəbindən alimlər enerjidən asılı fləş-yaddaşı silisium foton sxemlərlə birləşdiriblər. Bunun sayəsində kompüterlərin işləmə sürətini 100 dəfə artırmaq üçün imkan yaranıb.
Yerusəlim Yəhudi Universitetinin tədqiqat qrupunun rəhbəri doktor Uriel Levi bildirib ki, ixtira məlumatların ötürülmə sürətini xeyli artıran yeni, daha güclü simsiz qurğular yaratmağa kömək edəcək. “Yüksək texnologiyalar dünyasında onlar böyük üstünlüyə malik olacaqlar”, - alim əlavə edib.
Nizam Nuriyev
Baxış sayı: 570
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib