12px13px15px17px
Tarix:30/03/18

“IBM” dünyada ən kiçik kompüter təqdim edib

"IBM" korporasiyası "IBM Think 2018" konfransında duz dənəciyi ölçüsündə (1x1 mm) olan kompüterini təqdim edib.
 
Belə kiçik ölçüsünə baxmayaraq, minikompüter 90-cı illərin prosessorları ilə müqayisə edilə bilən gücə malikdir. İstehsalçılar bu kompüterdə təxminən 1 milyon tranzistor, SRAM əməli yaddaşı, rabitə blokuna malik fotoqəbuledici yerləşdirməyə müvəffəq olublar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, minikompüterin əsas özəlliyi blokçeyn texnologiyasını dəstəkləməsidir, bu da ondan malların boşaldılması və oğurluq hallarının aşkar edilməsində istifadə etməyə imkan verəcək. Ekspertlərin qiymətləndirməsinə görə, minikompüter, həmçinin ağıllı evlər və nəqliyyat sistemlərində tətbiq ediləcək.
"IBM"-in mütəxəssisləri yeni həlli sınaqdan keçirməyə davam edirlər, amma onun bazara çıxarılması haqda danışmaq hələ tezdir.
 
Emil Hüseynov




Baxış sayı: 92

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Mart 2019

24 03 2019