Tarix:14/04/18
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, “Xiaomi Black Shark” smartfonu özünəməxsus dizayna malikdir. Aparat 2160x1080 piksel təsvir ölçülü 5,99 düymlük ekran və “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaş tutumu 6/8 QB, daxili yaddaşı isə 64/128 QB təşkil edir. Qurğunun əsas kamerasının iki sensoru 12 və 20 meqapiksellik təsvir ölçüsünə malikdir, ön tərəfdə isə selfi üçün 20 meqapiksellik kamera quraşdırılıb.
“Xiaomi”nin oyun smartfonunun özəlliyi aşağı hissədən ona birləşdirilən coystikə malik oyun pultunun mövcud olmasıdır. Bundan başqa, sözügedən aparatda reallaşdırılmış maye soyutma sistemi oyun zamanı smartfonun çox qızmasının qarşısını alacaq. Nəhayət, smartfon yüksək məhsuldarlıq rejimini aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.
“Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Xiaomi Black Shark” qurğusuna qurulmuş akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 161,6x75,4x9,25 mm, çəkisi isə 190 qram təşkil edir.
Emil Hüseynov
“Xiaomi” birləşdirilən oyun pultuna malik smartfon təqdim edib
Çinin “Xiaomi” şirkəti aktiv qeymerlər üçün nəzərdə tutulmuş “Black Shark” adlı qeyri-adi oyun smartfonunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, “Xiaomi Black Shark” smartfonu özünəməxsus dizayna malikdir. Aparat 2160x1080 piksel təsvir ölçülü 5,99 düymlük ekran və “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaş tutumu 6/8 QB, daxili yaddaşı isə 64/128 QB təşkil edir. Qurğunun əsas kamerasının iki sensoru 12 və 20 meqapiksellik təsvir ölçüsünə malikdir, ön tərəfdə isə selfi üçün 20 meqapiksellik kamera quraşdırılıb.
“Xiaomi”nin oyun smartfonunun özəlliyi aşağı hissədən ona birləşdirilən coystikə malik oyun pultunun mövcud olmasıdır. Bundan başqa, sözügedən aparatda reallaşdırılmış maye soyutma sistemi oyun zamanı smartfonun çox qızmasının qarşısını alacaq. Nəhayət, smartfon yüksək məhsuldarlıq rejimini aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.
“Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Xiaomi Black Shark” qurğusuna qurulmuş akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 161,6x75,4x9,25 mm, çəkisi isə 190 qram təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 994
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib