12px13px15px17px
Tarix:07/05/18

Süni intellekt döyüş meydanına nəzarət edəcək

ABŞ Ordusunun tədqiqat laboratoriyası süni intellektə döyüş meydanında stress vəziyyətlərdə əsgərlərə və ya pilotlara ötürülən informasiya axınına nəzarət etməyə imkan verəcək alqoritm hazırlamağa başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, tədqiqatın məqsədi toplanan informasiyanın insanlar tərəfindən əlavə informasiya yükü olmadan diqqətin yayınmaması, lazımi şeylərin nəzərdən qaçırılmaması və şüurlu və tənqidi düşünmə üçün süni intellektə ötürülməsindən ibarətdir.
 
Tədqiqat müəllifi, neyroalim Conatan Turyanın sözlərinə görə, insanlar sadəcə olaraq potensial baxımdan qadir olduqları informasiyanı emal etmək iqtidarında deyillər. “Buna baxmayaraq insanların döyüş meydanında mühasirəyə düşmək kimi çətin və dinamik vəziyyətlərə adaptasiya olmaq qabiliyyətlərinə görə tayı-bərabəri yoxdur. Bizə müxtəlif kontekstlərdə insan dəyişkənliyinin, davranışının və niyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması üçün daha çox güc lazımdır”, - alim qeyd edib.
 
Bildirilir ki, potensial süni intellektin konkret funksiyaları hələ ki məlum deyil. Hazırda alimlər diqqəti belə alətin yaradılması üçün elmi və mühəndislik əsasların başa düşülməsinə yönəldiblər.
 
ABŞ hərbçiləri bir neçə ildir qoşun informasiya taktiki şəbəkəsinin – əsgərlər haqqında müəyyən ərazidə real vaxt rejimində işləyən logistik informasiya şəbəkəsinin yaradılması ilə məşğuldurlar. Müasir sensorlar, genişlənmə və əlavə reallıq texnologiyaları vasitəsilə əsgərlərin hərbi əməliyyatlar zamanı istifadə edəcəkləri informasiya sayı dəfələrlə artacaq.
 
Hazırda ABŞ Ordusu hərbçilərə düzgün vaxtda informasiya verəcək süni intellekt alqoritmi yaratmaq üçün onların əlavə informasiya yükünü nə vaxt və necə hiss etməyə başlamalarını başa düşməyə çalışır. Məqsəd hərbi əməliyyatların idarə olunmasının süni intellektə həvalə edilməsindən yox, kompüterlərdən insanların bəzən görə bilmədikləri işlər üçün strateji istifadədən ibarətdir.
 
Nizam Nuriyev





Baxış sayı: 119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020