12px13px15px17px
Tarix:12/05/18

Alimlər kağızdan ən möhkəm material hazırlayıblar

Bəşəriyyət artıq bir neçə min ildir kağızdan istifadə edir və bu vaxt ərzində o, həyatımızın bütün sahələrində geniş tətbiq edilib. Amma alimlər həmişə məşhur  əşyalara yeni nöqteyi-nəzərdən baxmağa çalışırlar. “EurekAlert!” nəşri yazır ki, alimlər qrupu tərəfindən adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, İsveç Kral Texnologiya İnstitutu  və ABŞ Kimya Cəmiyyətinin  əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər: nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər. Bir sözlə, hissəciklərin ölçüləri cüzi böyüdülüb.

Ekspertlər, həmçinin müəyyənləşdiriblər ki, yeni material bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəmdir, həmçinin hörümçək ipəyindən 8 dəfə daha sərtdir.

Emil Hüseynov



Baxış sayı: 1000

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024