Tarix:16/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, patent hüququ smartfon kamerası və xüsusi sensorların təkcə sifət quruluşunun xüsusiyyətlərini deyil, həm də dəri altında qan damarlarının yerləşməsinin yadda saxlanılmasını nəzərdə tutur. Belə üsul sayəsində qurğuya müdaxilə etmək praktiki baxımdan qeyri-mümkün olacaq – blokdan çıxarılma üçün düzgün yerləşən venalarla sifətin dəqiq maskasını çıxarmaq lazım gələcək. Yeni texnologiya vasitəsilə “iPhone” smartfonları istifadəçinin həcmli şəklinin modelini yaradacaq.
Məlumata görə, patent üçün müraciət 12 noyabr 2015-ci ildə edilsə də, onun barəsində indi məlum olub. Hazırda ən son “Apple” smartfonu istifadəçinin sifətini skan edərək onun xarici görünüşünün minlərlə detalını yadda saxlayan “Face ID” sistemi ilə təchiz edilib. Ekspertlərin fikrincə, yeni texnologiyanın köməyi ilə smartfonlardan əkizlər asanlıqla istifadə edə biləcəklər. Belə ki, hər bir insanda qan damarlarının yerləşməsi barmaq izi kimi unikaldır.
Nizam Nuriyev
Yeni “iPhone” istifadəçini üz venalarına görə müəyyənləşdirəcək
İnformasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan “AppleInsider” nəşri “Apple” şirkətinə məxsus smartfonun blokdan çıxarılması üçün yeni üsulu nəzərdə tutan patentini aşkarlayıb. Patentə görə, gələcək nəsil “iPhone” modelləri istifadəçini üz venalarına görə tanıyacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, patent hüququ smartfon kamerası və xüsusi sensorların təkcə sifət quruluşunun xüsusiyyətlərini deyil, həm də dəri altında qan damarlarının yerləşməsinin yadda saxlanılmasını nəzərdə tutur. Belə üsul sayəsində qurğuya müdaxilə etmək praktiki baxımdan qeyri-mümkün olacaq – blokdan çıxarılma üçün düzgün yerləşən venalarla sifətin dəqiq maskasını çıxarmaq lazım gələcək. Yeni texnologiya vasitəsilə “iPhone” smartfonları istifadəçinin həcmli şəklinin modelini yaradacaq.
Məlumata görə, patent üçün müraciət 12 noyabr 2015-ci ildə edilsə də, onun barəsində indi məlum olub. Hazırda ən son “Apple” smartfonu istifadəçinin sifətini skan edərək onun xarici görünüşünün minlərlə detalını yadda saxlayan “Face ID” sistemi ilə təchiz edilib. Ekspertlərin fikrincə, yeni texnologiyanın köməyi ilə smartfonlardan əkizlər asanlıqla istifadə edə biləcəklər. Belə ki, hər bir insanda qan damarlarının yerləşməsi barmaq izi kimi unikaldır.
Nizam Nuriyev
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib