Tarix:25/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, materialın əsasını qrafen və titan 4-oksid qatışığı təşkil edir. İnstitutun elmi rəhbəri Xuan Futsyanın sözlərinə görə, qrafen üçölçülü struktur sayəsində çirki özünə çəkir, titan 4-oksidi isə fotokatalizator olmaqla zəhərli orqanik maddələrin fotokimyəvi deqradasiyası prosesini sürətləndirir.
Məlumata görə, institut əməkdaşları bir ay ərzində texnologiyanı Şanxay və Çinin şərqində Anhoy və Tsyansu əyalətləri ərazisində sınaqdan keçiriblər. Sınaqların nəticələrinə görə, çay və göllərdə suyun keyfiyyət göstəriciləri yeni materialla örtülən şəbəkələr yerləşdirildikdən iki həftə sonra xeyli yüksəlib.
Çin alimlərinin texnologiyası artıq sənaye miqyasında istehsal edilməyə başlayıb. Ağır metalların qatılığını effektiv şəkildə azaltmağa imkan verən material sənaye çirkab sularının təmizlənməsi üçün geniş istifadə oluna bilər.
Nizam Nuriyev
İşığın təsiri altında suyu təmizləyən material yaradılıb
Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə Çin Elmlər Akademiyasının Şanxay Silikat Turşuları İnstitutunun məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, materialın əsasını qrafen və titan 4-oksid qatışığı təşkil edir. İnstitutun elmi rəhbəri Xuan Futsyanın sözlərinə görə, qrafen üçölçülü struktur sayəsində çirki özünə çəkir, titan 4-oksidi isə fotokatalizator olmaqla zəhərli orqanik maddələrin fotokimyəvi deqradasiyası prosesini sürətləndirir.
Məlumata görə, institut əməkdaşları bir ay ərzində texnologiyanı Şanxay və Çinin şərqində Anhoy və Tsyansu əyalətləri ərazisində sınaqdan keçiriblər. Sınaqların nəticələrinə görə, çay və göllərdə suyun keyfiyyət göstəriciləri yeni materialla örtülən şəbəkələr yerləşdirildikdən iki həftə sonra xeyli yüksəlib.
Çin alimlərinin texnologiyası artıq sənaye miqyasında istehsal edilməyə başlayıb. Ağır metalların qatılığını effektiv şəkildə azaltmağa imkan verən material sənaye çirkab sularının təmizlənməsi üçün geniş istifadə oluna bilər.
Nizam Nuriyev
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib